Reklam verin!

Xurşudbanu Natəvan

  XIX əsrdə Fizuli ənənələrini davam etdirən görkəmli şairlərdən biri də Xurşudbanu Natəvandır ...


Məşhur nəsildən olduğu üçün “Xan qizi” ləqəbi ilə tanınan Natəvan Şuşada doğulmuş , təhsilini xüsusi müəllimlərdən almışdır .Natəvan yalnız lirik şerlər yazmışdır . Şerlərinin çoxu qəzəl janrındadır .Qəzəllərin əsas mövzusu insanın könül dünyasının , insanpərvərliyin , səmimi dostluq hisslərinin təsviri və tərənnümüdür .”Ey dost” , “Xudahafiz” rədifli qəzəllərində xain , yaramaz adamların pis niyyətləri pislənir .Şair eyni zamanda dostları belə adamların fitnəsindən qorunmağa səsləyir .Natəvanın təbiət gözəlliklərinə , həsr etdiyi qəzəlləri də vardır .”Gülün” , “Bülbül” , “Bənövşə” , “Qərənfil” və s. şerlərində şair təbiət gözəlliklərini insanın könül dünyası ilə əlaqədə təsvir edir .Natəvanın şerlərinin böyük bir hissəsinin lirik qəhrəmanı sinəsinə oğul dağı çəkilmiş dərdli anadır.Şairin “Yanar canım, oğul...” , “Sənsiz” , “Əfsus” , “Getmə” qəzəlləri həyatdan nakam köçmüş oğlu Mirabbasın , “Ölürəm” qəzəli isə böyük oğlu Mehdiqulu xanın ölümü münasibətilə yazılmışdır .Böyük ürək yanğısı ilə qələmə alınan bu şerlər yüksək bədii sənətkarlığı ilə seçilir .”Əfsus” rədifli qəzəlində Natəvan oğlunu gülə , novbahara , özünü isə ağlar bülbülə bənzədir .                         

                         Keçibdi mövsümi – gül ,getdi novbahar , əfsus ,                         

                         Qalıbdı bülbüli – biçarə xarü zar , əfsus .                                    

                         Riyazi – izzü şarafətdə bir gül açmışdı ,

                         Qopardı o gülü gülçini – rüzigar , əfsus.

Açar sözlər:
Baxış sayı: 284


1
Murad yazıb:

ne ucun metnin basliginda Natevani ''Fizuli enenelerini davam etdiren'' kimi qeleme vermissiniz?

Fevral 11, 2008 12:25

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha