Reklam verin!

Dramaturgiyanın banılərindən biri Cəfər Cabbarlı

Cafar Cabbarlı        
     
     Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının klassik sənətkarlarından biridir .Qələmini həm şerdə həm də nəsrdə sınayan sənətkarın yaradıcılığının zirvəsi dram əsərləri sayılır. Milli dramaturgiyanın inkişafında onun böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlı 1899 – cu ildə Bakının Xızı kəndində anadan olmuşdur.       

İlk təhsilini mollaxanada almış ,sonra 7 nömrəli rus – tatar məktəbində oxumuşdur. Süleyman Sani Axundov və Abdulla Şaiq onun müəllimləri olmuşdur. Bundan sonra C.Cabbarlı Politexnik məktəbində təhsil almış və universitetin şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1924 – 1925 illərdə o ,teatr məktəbində oxumuşdur. C.Cabbarlı “Kommunist” qəzeti redaksiyasında ,Dövlət dram teatrında çalışmışdır.    

         Cəfər Cabbarlı 1934 – cü ildə Azərbaycan yazıçılarının qurultayında iştirak etmişdir. O, həmin il sovet yazıçılarının I qurultayında çıxış etmiş və Yazıçılar İttifaqının idarə heyyətinə üzv seçilmişdir.      Cəfər Cabbarlı 1934 – cü il dekabrın 31 – də Bakıda ürək çatışmazlığından vəfat etmişdir .Yazıçı Seyfəddin Dağlı “Bahar oğlu” romanında C.Cabbarlının obrazını yaratmışdır. Yaradıcılığı . Cəfər Cabbarlı 16 yaşında olarkən ilk dəfə olaraq yaradıcılığa başlamış və “Məktəb” jurnalında “Baharadlı lirik şeiri çap olunmuşdur. C.Cabbarlı yaradıcılığında daha çox lirik – romantik və satirik şerlər Sabir üslubundadır. Bu tipli şerlərini o, “Babayi – Əmir” satirik jurnalında çap etdirmişdir.”Böhtan yazılıbdır” satirik şeirində şair satiranın məqsədini göstərir və onun ayrı – ayrı təbəqələrə təsirini əks etdirirdi.

       “İtil get” satirik şeirində C.Cabbarlı vətən, millət qeydinə qalmayan,günlərini kef məclislərində keçirən, özlərini “intelligent” adlandırılan adamlara “İtil get” deyirdi :                                                     

        Təkrar edirəm sözlərimi bir də dübarə,                         

        Millət sözünü bir ,mən ölüm ,tulla kənara… 

       “Əsrimizin qəhrəmanları” adlı satirik şeirində isə bir satirik tipin əcnəbi qızı üçün öz dinini, milliyətini danması təsvir olunur .        Cəfər Cabbarlı “Qurub çağı bir yetim” , “Boranlı qış gecəsi” adlı lirik şerlər də yazmışdır.Bu şerlərdə ac və kimsəsiz yetimin ,can üstə olan xəstə ananın abrazı yaradılmışdır.   “Qurub çağı bir yetim” şeirində şair yazırdı :                        

             Hər tərəf üz tutub təlatümü – qəm,                        

             Nəzərində cahan olub zindan .                        

             Boynu çiynində, qoltuğunda əli,                        

             Zarü məhzun,məlul sərgərdan .         .

          Cəfər Cabbarlı “Ana” ,”Qız qalası” poemalarının, “Aslan və Fərhad” , “Mənsur və Sitarə”  , “Gülzar” , “Dilbər” , “Gülər” , “Dilarə” , “Firuzə” hekayələrinin , “Vəfalı Səriyyə ,yaxud göz yaşları içərisində gülüş” ilk dram əsərinin (1915 – ci ildə) ,”Solğun Çiçəklər” dram əsərinin (1917 – ci il) , ”Nəsrəddin şah” tarixi dramının , ”Ədirnə fəthi” və “Ulduz” dramların (tarixi material və mövzu baxımından oxşardır) , “Aydin” faciəsinin və dram əsərinin (1919 – 1921) , “Od gəlini” dram əsərinin (1925 – ci il) , “Sevil” pyesinin (1928 – ci ildə) , “Almas” pyesinin , ”Yaşar” , “Dönüş” , “Oktay Eloğlu” faciəsinin (1922 – ci ildə) müəllifi olmuşdur. Cəfər Cabbarlı bədii tərcümə sahəsində də çalışmışdır. O Şeksprin “Hamlet”“Otello” , Şillerin “Qaçaqlar” faciələrini dilimizə çevirmişdir.Əlavə məlumat .Ardını gözləyin….

Açar sözlər: dramaturgiya banisi baniləri cəfər-cabbarlı biri 
Baxış sayı: 396


1
elvin yazıb:

mumkundurse sende uzat asagiya dogru.amma men bacara bilmirem.desen nece uzatmagi yaxsi olar.

Oktyabr 21, 2007 17:43

2
elvin yazıb:

sende uzat.men uzatdim

Oktyabr 22, 2007 13:32

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha