Reklam verin!

Molla Pənah Vaqifin öldürülməsi

      Azərbaycanın siyasi xadimi, şairi olan Molla Pənah Vaqifin öldürülməsi barədə topladığımız məlumatları userlərimizin nəzərinə çatdırırıq. Xatırladaq ki, bu məlumatı Murad adlı userimizin istəyi ilə tapıb saytımızda yerləşdiririk. Belə ki, XVIII əsrdə Molla Pənah Vaqifin Qarabağ xanlığında baş vəzir olduğu dövrdə Qarabağ xanı İbrahim xan, vəzir öz doğma əmisi oğlu Məhəmməd Cavanşir ilə hakimiyyət uğrunda çəkişməyə başlamışlar. Bu çəkişmə uzun bir dövrü əhatə etmişdir. Onlar arasındakı çəkişmə İbrahim xanın məğlubiyyəti ilə nəticələnmişdir.

Molla Pənah Vaqifin həyatında ağır günlər bundan sonra başlandı. Məhəmməd Cavanşir xan hakimiyyətə gəlmişdi. İbrahim xan isə xanlıqdakı ağır vəziyyəti görüb, xanlığı tərk edir. İbrahim xan Dağıstana qaçır. Məhəmməd Cavanşir xan İbrahim xanın tərəfdarlarına sui -qəsd edir, ya da ki onları xanlıqdan kənarlaşdırırdı. Bu zaman İbrahim xana sadiq qalan Molla Pənah Vaqif ona məktub yazmaq qərarına gəlir. Molla Pənah Vaqif məktubu bir Dağıstana yola düşən bir kəndçiyə verir ki, bu məktubu İbrahim xana çatdırsın. Kəndçi yola düşür. Amma onun planlaşdırmadığı bir hadisə baş verdi. Kəndçi yolda Məhəmməd Cavanşir xanın adamları tərəfindən həbs olunur. Məhəmməd Cavanşir xan bu məktubdan xəbər tutur. Təbii ki, bu məktub ona bir bəhanə olur. O bu məktub sahəsində Molla Pənah Vaqifi xəyanətdə günahlandırıb həbs elətdirir. Məhəmməd Cavanşir xan Molla Pənah Vaqifi oğlu ilə birlikdə Qarabağda yerləşən Xəzinə qalasından atdırır. Beləliklə Molla Pənah Vaqifin həyatına beləcə son qoyulur.

Açar sözlər:
Baxış sayı: 311


1
Günel yazıb:

Bilirsinizmi o.kəndçi mektubu ayağındakı çarığında aparırdı.Bezi tarixi melumatlarda bele deyilir men oxuduğum qeder.

Fevral 20, 2008 16:38

2
nergiz yazıb:

azerbaycan tarixi cooooox maraqlidir

Mart 2, 2008 21:04

3
nergiz yazıb:

men semed vurqunu vaqif eserini oxumuwam. ve orda ibrahimxelil xandan ve onun vaqifle dostluqundan sohbet acilir. ve misralarin birin de qeyd olunur ku bir gun vaqif xan ziyafet tewkil edir ve ora kasib bir kendci olan eldari caqirir ve bu ibrahimin xowuna gelmir. ve hetta o bela bir ifade iwledir ki , tez olun tez olun tutun eldari qoy oda gorsun daw zindanlari. bu da vaqifin xowuna gelmir vew dostlar arasinda munaqiweya sebab olur cry

Mart 2, 2008 21:13

4
nergiz yazıb:

bir de ki eger siz molla penah vaqif haqqinda daha etrafli bilmek isteyirsinizsa onda vurqunun vaqif eserini oxuyun coox zor eserdi. shocked birde ki umumiyyrtle vaqifin heyati qarabaq xani olan ibrahimxelil xanin yawadiqi illere tasaduf edir.ve 9 cu sinifin azerbaycan tarixi kitabinda bu barade qisaca da olsa melumat var hevesi olanlar ordan da oxuya biler shocked

Mart 2, 2008 21:19

5
marziya yazıb:

Molla Pənah haqqında olan məlumatlara görə sizə təşəkkürlər.

Aprel 26, 2008 16:24

6
marziya yazıb:

nergiz, duz deyirsen. Vaqif eseri ela eserdir.

Aprel 26, 2008 16:27

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha