Reklam verin!

4 Oktyabr, 2008-Blogcularin goruş məkanı

Hormətli Blogçu həmkarlarım,

Məlumatınız varki, sabah 4 oktyabr 2008-ci il tarixində Aytəkin xanımın blogunun və AzəriBlog -un bir yaşını qeyd etmək və bir araya gəlmək məqsədilə goruş keçirilməsi planlaşdırılıb. 

Daha ətraflı məlumat verib, qeyd edirəm ki, goruş saat 14:30-da IATP Programinin yeni Internet komputer Mərkəzində keçiriləcək. Mərkəz Korolenko adina Mərkəzi Şəhər Kitabxanasina köçürülüb.

 



Unvan: Ağasadıq Gəraybəyli küçəsi 71. Gənclik, Ayna Sultanova Heykəlinin yaxın ərazisində                                                                                                            

Neqliyyat:  Azneft, Bayil Terefden - 288, 88, 271 nömreli avtobus

             28 May tərəfden - 318 nömrəli avtobus                                                        

             MUM tərəfden - 253 nömrəli avtobus                                                            

            Gənclik M. (Mehmanxana tərəfdən) - # 312, 203, 267, 27 avtobuslar               

Qeyd: Kitabxananın yaxınlığında olan məktəblər: 3, 102 ve 276 saylı                            məktəblər.                                                                                                                                                      

Xahiş edirəm, sualı və ya çətinliyi olanlar, bloga yazsınlar, mən əlaqə telefonumu həmin blogçuya bildirərəm.                                                                                                                                                                                                                                                      

PS: Şirniyyatı sevənlər uçun goruş zamanı şirniyyatın təşkil olunması nəzərdə tutulub :)                                                                                                                

                      Görüşə gələcək hər bir blogçuya dərin minnətdarlığımızı bildiririk

Açar sözlər:
Baxış sayı: 21

Milyonlarca istifadəçi yeni modem almalı olacaq...

İnternet daha da sürətləndiyində və IEEE -nin bir müdətdi üstündə işlədiyi yeni məlumat göndərmə protokolu 802.11 dünya standartı kimi qəbul edilərsə sürətli internet istəyən milyonlarca istifadəçi yeni modem almaq məcburiyətində qalacaq.                            

       DSL xətlərinin yayılması ilə dünyada milyonlarca istifadəçi max. 125 Mbps sürətli modemler işlətməyə başladı. Ancaq dünyanın ən böyük həmkarlar ittifaqı olan IEEE (The Institute of Electrical and Engineers, Inc.) 802.11-nin  2009-cu ilin yarısına hazır olacağını və dünyanın hər yerinde yeni standart olacağını dedi.                                    

       802.11 max. 300 Mbps sürətə malik olacaq və bunun yanında bir çox məlumatı eyni zamanda göndərmə imkanı verəcək. Bunu istəyən istifadəçilər evlərindəki modemləri atıb yerinə yeni modemler almalıdı.                                                           

      Ancaq bu sistem hələ də test edildiyi üçün bezi forumlarda tələsməmək məsləhət görülür.

Açar sözlər: ieee image modem technology 
Baxış sayı: 30

Dancing Hillary

Sizlərə yeni bir oyun təqdim edirəm, buyurun oynayın və əylənin...


Açar sözlər: image dancing-hillary game 
Baxış sayı: 28

AzəriBlogçuların Görüşü!!! 4 Oktyabr, 2008

         Hörmətli Azəri Blog -çular  4 Oktyabr, 2008-ci il Aytəkin xanımın blogunun və AzəriBlog  -un gec olsa da 1 yaşı olması münasibətilə birgə toplaşacağımız yeri əvvəlki yazımızda qeyd etdiyimiz kimi bizim seçdiyimiz sabit məkanda olmayacaq. Biz görüşün yerini sizin emaillərinizə göndərməyi düşünmüşdük. Ancaq sonradan toplaşacağımız yeri bizim təkliflərimiz əsasında sizin seçməniz daha məqsədə uyğun olardı. Onu da qeyd edək ki, hansı təklifə daha çox blogçu rəy versə orda da toplaşacağıq.                                                                                              

 Əziz blogçular Xahiş edirik aktif olun! Fikirlərinizi, təkliflərinizi bildirin Beləliklə blogçulara 2 təklifimiz var:


1)      Ofisdə (Gənclik, Ayna Sultanova tərəfdə) - Rəsmi toplantı keçirək və PPP istifadə edərək, bloglarımızın qısa təqdimatını keçirək, tanışlıq, diskusiya........

                                                                                                                            

2)      Şəhərdə (münasib bir yerdə) – Qeyri – rəsmi görüş olsun, amma hər birimiz bloqumuzu tanıtmaq üçün bloqumuz haqqında yazılı qısa məlumat gətirib paylayaq və ümumi tanışlıq, müzakirə və s..........

  Xahiş edirik fikrinizi bildirin ki, öncədən seçim edib, hazırlıq işləri görək ki, görüşümüz maraqlı keçsin.

Şərhlərinizi yazıb, iştirakınızı təsdiqləyin...

Hər şey sizin əlinizdədi...  

                                                                                 Görüşmək ümüdü ilə...

                                                                               Aytəkin Əliyeva və Admin

Açar sözlər: blogçuların görüşü image 
Baxış sayı: 59

Ismail Yk Bas gaza - klip

Əziz Şəbnəm xanımın istəyi ilə İsmail Yk -dan Bas gaza nin klipi sizlərin ixtiyarıa verirəm. Bizdən yerləşdrmək sizdən yükləmək.

Ardından yükləyə bilərsiniz.


Həcmi: 14.60 mb

YÜKLƏ / DOWNLOAD

Açar sözlər: image klip ismail-yk bas-gaza 
Baxış sayı: 68

Azəri Blog çuların nəzərinə!

                Hörmətli Azəri Blogçular...                                                                              

       Əziz Blogçular Azəri Blogun 1 yaşı münasibətilə planlaşdırılan görüşlər müəyyən səbəblərə görə baş tutmadı. Azəri Blogçular arasında birlik olsa, Aznet inkişaf edər. Bu torpaq biximdi. Bu torpağın inkişafını bizlər təmin etməliyik. Gəlin siz də bizə qoşulun bizim təşkil etdiyimiz və edəcəyimiz görüşlərdə iştirak edin. Fikirlərinzi bizimlə bölüşün, fikirləriniz və fikirlərimiz müzakirə olunsun. Yeniliklərdən xəbərdar olun. Yenilikləri bizlərlə paylaşın. Və ən sonda fikirlərimiz bir olsun ki, məqsədimiz də məlum olsun.                                                                                                                     

          Bizim görüşümüz ümid edirəm ki, çox yaxşı və samballı baş tutacaq.  Görüşümüzün vaxtını və yerini biz təyin edəcəyik. Görüş oktyabrın 4 –ü saat 14:30-da baş tutacaq. Onu da qeyd edək ki, görüşün oktyabrin 4 – ü saat neçədə olmağını istəyirsiz? Nəyin və kimlərin olmağını istərdiz? Görüşün predmenti nə olsun? bu suallar ətrafında fikirlərinizi bildirsəniz şad olarıq. Xahiş edirik , kim ki, görüşdə iştirak etmək istəyir: http://some.azeriblog.com/2008/09/08/azeri-blog-chularin-nezerine  adresinə daxil olub fikirlərinizi və gəlmək istədiyinizi şərhlər bölməsində yaza bilərsiniz. Əziz blogçular gəlmək istəyinizi bildirin ki, görüşü daha yüksək səviyyədə hazırlayaq. Ümidvarıq ki, blogçular görüşə böyük maraq göstərəcək və iştirak edəcək.                     

Qeyd: Əziz blogçular əgər görüşə gəlsəz biz sizə əlavə imkanlar da yaradacayıq!                                                                                                                               

P.S  Xahiş edirik bu məlumatı blogunuzda yerləşdirərdiniz ki, digər blogçuların da məlumatı olsun  Görüşə gələcək bütün blogçulara dərin minnətdarlığımızı bildiririk!


Açar sözlər: azəri-blog görüş blogger 
Baxış sayı: 105

Disaster Movie

Disaster Movie

Janr : Komediya                                              
Rejissor : Jason Friedberg                    
Senariya : Jason Friedberg , Aaron Seltzer               
Operator : Shawn Maurer
Musiqi : Christopher Lennertz
İstehsal : 2008, ABD

                                      Rollarda :                                          

 Matt Lanter (Will) , Vanessa Minnillo (Amy) ,  G. Thang (Calvin) , Crista Flanagan (Juney)     


Bir qrup gənc bir gecə anidən bir çox təbii fəlakətin içinə düşürlər. James Bond, Hancock, Iron man, Indiana Jones,  Hannah, Juno, Hellboy, Hulk, Zohan kinolarındakı absurd səhnələrin parodiyasıdi.

Eyni zamanda Scary Movie kinosunu çəkən Jason Friedberg ve Aaron Seltzerin son filmidi. Çox gülməli və maraqlı bir kinodu mutləq baxın

                                            

Açar sözlər: disaster-movie cinema film komedi indiana-jones 
Baxış sayı: 216

Bütün müsəlmanların Ramazan ayı xeyirli və bərəkətli olsun!

Ramazan ayınız mübarək olsun        Bu mübarək Ramazan ayında bütün arzularınız yerinə yetsin!


Açar sözlər: image ramazan 
Baxış sayı: 44

50 Cent - 21 Questions (ft. Nate Dogg) mp3

50 Cent dən full musiqi. Bu mahnını ardından yükləyə bilərsiz


Yüklə / Download 

Həcmi : 5.14 mb

Açar sözlər: image music mp3 50-cent 
Baxış sayı: 107

Beşiktaş

Beşiktaş      Beşiktaş ilk maçını antalyasporla
başladı..ilk yarıda  2-0 yenik
düşmüşdü...aynen milli takım gibi
75 dak. sora sahada sanki
beşiktaş tam farklıydı..maçı çevirmeyi
başaran beşiktaş antalyasporu
yenmeyi başardı...........
Maçın sonucu beşiktaş 3-2 antalyaspor...


Açar sözlər: image beşiktaş 
Baxış sayı: 74

Linkin Park dan full şəkillər

Linkin Park full pictures


Linkin ParkLinkin ParkLinkin ParkLinkin Park

Açar sözlər: linkin-park image rock-qrup 
Baxış sayı: 100

Bakıda daha bir partlayış...

Transformatr

                                                             

Bakının Xətai rayonu ərazisində partlayış baş verib. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, Məzahir Rüstəmov küçəsində yerləşən 138 saylı məktəbin və uşaq bağçasının yaxınlığında transformator partlayıb. 

   P.S. Sizcə bu iki partlayış   arasında hər hansı əlaqə varmı?


Saat 12.55 radələrində baş verən partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb. Dünyasını dəyişən şəxslər transformatorda təmir işləri aparan “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Kamal Bayramov və Elmar İsmayılovdur. Xəsarət alanlar isə Bakı şəhər sakini, 57 yaşlı Cəsur Məmmədov və Pərviz Seyidovdur. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə baş prokurorun I müavini Rüstəm Usubov gedib. Hazırda Fövqəladə Hallar Nazirliyinin, Baş Prokurorluğun və Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Partlayışın səbəbləri məlum deyil. Jurnalistlər hadisə yerinə buraxılmayıblar. Hələlik mətbuata heç bir açıqlama verilməyib.

Qeyd edək ki, 6 gün bundan qabaq müsəlmanların toplaşdığı Əbu Bəkr məscidində də partlayış baş vermişdi.  

Açar sözlər: image oartlayış bakı 
Baxış sayı: 116

Sizlərə Gülüş dolu həyat arzulayırıq!!!

Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.


Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam.



Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər 'çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı' deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.


İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.Bir gün meymun öz balasıyla oturub söhbət edir. Bala meymun anasından soruşur ana biz niyə bu gündəyik? Anası balasına deyir bala biz hələm yaxşıyıq gör bu mesajı oxuyan nə gündədi.



Hal-hazırda xətlərin yorğunluğu səbəbindən mesaj tam olaraq gəlməmişdir və mesaj yüklənməkdədir. Bu vəziyyət *bir neçə dəqiqə sürə bilər. Xahiş edirik gözləyin.


Ayda 200 milyon qazanmaq istəyərsinizsə aya gedin.


Bütün ümidlərim suya düşdü, amma boğulmadılar. çünki onlara üzməyi öyrətmişdim.


Sevgilim səni çox sevirəm! Amma pulu daha çox, lakin pulun nə dəyəri var, mühüm olan miqdarıdır.9. Bir daha qumar oynamayacağıma mərcə girirəm.


Səhər yemək yeyə bilmirəm, çünki səni düşünürəm, günorta yemək yeyə bilmirəm, çünki səni düşünürəm, axşam yemək yeyə bilmirəm, çünki səni düşünürəm. Gecə yata bilmirəm, çünki acam.


Kim deyib ki qırmızı işıqda yolu keçməzlər, rəhmətlik keçərdi.
Eşq axmaqların üzdüyü bir hovuzdur, amma məni itələdilər.


Bilməmək ayıb deyil, yetərki hiss etdirməyəsən.


Hörmətli qulumuz, qılınmamış namaz borcunuz görünməkdədir. Əməl dəftərinizin bağlanmaması üçün, xahiş olunur borcunuzu ödəyəsiniz. -"Axirət Müştəri Xidmətləri"


Mədəsi daşdan yumşaq olan hər bir şeyi həzm edən ziyalı qrupuna TƏLƏBƏ deyilir



Bir gün yoxlama gəlir ki, dəlixanada ağıllanan dəliləri evə buraxsın. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.


İki ovçunun söhbətindən:
-
Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!
-
Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhəng bir ağ ayını əllərimlə boğub öldürdüm!
-
Hə, söhbət dənizlərdən düşmüşkən, ölü dəniz haqqında eşitmisən?
- Ə
lbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm!


İki rəfiqə dalaşır:
- Sən nə ixtiyarnan məni hamının içində axmaq adlandırırsan?!
- Oy, bağışla sən mənə tapşırmışdın ki, axmaq olduğunu gizlədirsən...


Qulaq as Məmməd! Dünən özümə ağ ayaqqabı, ağ şalvar, ağ corab, ağ pencək, ağ köynək, ağ qalstuk və ağ dəsmal almışam.
- Yaxşısı budur özüvə bir dənə də yaşıl papaq al, olacaqsan qatıq butulkası.


Nəynən dolanırsan?
- Yazıram...
- Jurnalistsən?
- Yox. Mən atama yazıram ki, mənə pul göndərsin


Cərrah xəstədən soruşur:
- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
- Əlbəttə ki, pulsuz
- Lay-lay deyim yatasan,qızıl gülə batasan......


Komandir tağımın əsgərlərini bir sıraya düzür. Ciddi-ciddi baxıb:
- Sıravi Əliyev, sıradan çıxın, - deyə əmr edir.
Əliyev gürultu ilə yerə tirtap sərilir.
Komandir:
- Nə oldu ona?
- Sıradan çıxdı...


Komandir əskərlərin araq içmələrinə qadağa qoyur və divara yazır: 'İçki öldürür'.Sabahsı gün komandir yazının altında bir yazı daha görür: 'Əskərlər ölməz.'


Mənə yaxşı zəngli saat lazımdır.
- Bizdə yaxşı saat var. Deməli, əvvəlcə normal qaydada zəng çalır, sonra həyəcan siqnalı verir, sonra üstünüzə bir vedrə soyuq su tökür......əgər heç biri kömək etməsə, işinizə zəng edib xəstə olduğunuz barədə xəbər verir.


İki tələbə sessiya əvvəli:
- Nə oxuyursan?
- Kvant fizikası...
- Bəs niyə kitabı baş-ayaq tutmusan??
- Əşi nə fərqi var eee.

Açar sözlər:
Baxış sayı: 248

Təkərsiz Peugeot 360

Peugeot 360

Peugeot maşın layihələndirmə yarışmasına təqdim olunan bu maşın xüsusi ilə maşını bir yerə saxlamaqda çətinlik çəkən qadınların çox xoşuna gələcək. Ardından daha ətraflı məlumat ala bilərsiniz...


Peugeot 360
Peugeot 360

Peugeot 360Peugeot 360Peugot 360

Peugeot maşın layihələndirmə yarışmasına təqdim olunan bu maşın xüsusi ilə maşını bir yerə saxlamaqda çətinlik çəkən qadınların çox xoşuna gələcək. Maşının layihələndirmələrində məqsəd qeyri-adi maşın yaratmaq və diqqət çəkici olmasına çalışmaqdı. Məsələn, artıq maşın layihələndirməsiylə məşğul olan insanlar yaratdıqları maşınların ətraf mühitə ziyan verməməsinə diqqət yetirirlər və elektriklə işləyən motorlardan istifadə edirlər. Ancaq təəssüf ki elektrikli motorla işləyən maşınaların yola cıxmağını çox gözləyəcəyik. Gördüyünüz maşının yaradıcısı Andrei Francadı. Bu maşının digər maşınlardan fərqinin, bildiyimiz təkərin yerinə bir növ kürənin olmasıdı. Bu kürələrin köməkliyi ilə Peugeot 360 dar və sıxlıq olan yerlərdə daha asan hərəkət edir.  Hər birində bir elektrik motoru olan bu üç kürə kompyuter tərəfindən idarə edilir. Motorlar çarxlar üçün cazibə qüvvəsi yaradır və hər çarx qrupu kürələrdən birini istiqamətləndirir. Maşında üç oturacaq var. Öndə oturan iki nəfər ortadakı idarə qolu vasitəsəylə maşını idarə edə bilir. Öz ətrafında dönən bu qol maşına 360 dərəcə dönmək imkanı yaradır.  Olduqca futuristik və fərqli görünən Peugeot 360 layihədən istehsala keçib keçməyəcəyini görmək üçün gözləməli olacağıq.

 

Açar sözlər: peugeot-360 image auto innovation 
Baxış sayı: 123

Kurtlar Vadisi Pusudan Full Şəkillər

  Ardından 33 şəkilə baxa bilərsiniz. Şəkillər hamısı orginal şəkillərdir...


Kurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar Vadisi PusuKurtlar Vadisi PusuKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar VadisiKurtlar Vadisi

Açar sözlər: image kurtlar-vadisi-pusu pictures polad-alemdar 
Baxış sayı: 149

Əbu Bəkr məscidində partlayış olub

    Bakının Nərimanov rayonu ərazisində yerləşən Əbu Bəkir məscidində partlayış baş verib..   Hadisə bu gün saat 21.00 radələrində, namaz vaxtı baş verib.

Hadisənin şahidlərindən biri 
deyib ki, namaz qılınarkən o da məsciddə olub. Məscidə ard-arda iki əl qumbarası atılıb.


Şahidlərin sözlərinə görə, partlayış baş verən zaman məsciddə 500-ə qədər adam olub. 

Ppartlayış nəticəsində iki nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralılardan birinin 5 saylı şəhər xəstəxanasına, birinin isə Klinik Tibbi Mərkəzə aparaıldığı bəlli olub. Qalan yaralıların hara aparıldığı bilinmir. 

Şahidlər bildiriblər ki, axşam namazı vaxtı 25-30 yaşlarında bir gənc məscidin pəncərəsindən içəri əl qumbarası atıb. Bəzi məlumatlara görə, məscidin imamı Hacı Qamət Süleymanov yüngül xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstələri və 2 təcili tibbi yardım maşını gəlib.

Nərimanov rayon prokurorunun müavini Rasim Qurbanov ən azı 2 nəfər ölüb, 9 nəfər yaralının olduğunu bildirib. Hadisə nəticəsində məscidə böyük zərər dəyməsə də, içəri divarlarda partlayışın izləri qalıb. R.Qurbanov deyib ki, hazırda hadisə yerinin ekspertizası və başqa zəruri təhqiqat tədbirləri görülür.

Qeyd edək ki, Əbu-Bəkr vəhhabi təriqətinə mənsub şəxslərin toplaşdığı məscid kimi tanınır.

Açar sözlər: əbu bəkr image partlayış 
Baxış sayı: 110

Heykələ oxşayır amma...

alt  Əslində isə gördüyünüz bu şəkildəki Ella adlı heykəl, sadəcə 24000 şəftəlidən hazırlanmış bir reklamdır.


Açar sözlər: image ella heykəl reklam advisor 
Baxış sayı: 98

Bəxtiyar Vahabzadənin 83 illiyi tamam oldu

                                               Azərbaycanımızın dahi şəxsiyyətlərindən biri olan Bəxtiyar Vahabzadənin 83 illiyi tamam oldu. Saytımızın idarə heyyəti adından Bəxtiyar     Vahabzadəyə uzun ömür can sağlığı arzulayırıq. Yazının ardından Dahi Şəxsiyyətin həyatını nəzərdən keçirək. 


             Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublkamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şer kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə Sovyet birliyinə dahil olan bir çox salqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır.

Anasi Gulzar xanim, atasi Mahmud ve dayisi Qara ile - 1929 Bəxtiyar Vahabzadə Mahmud oğlu 1925-ci ildə Şəkidə doğulmuş, 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçmüşdür. 1942-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş, 1947-ci ildə həmin fakultəni bitirib universitetin nəzdində aspiranturaya qəbul olunmuşdur.

1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda monografiyasını mödafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsini almışdır.

Bəxtiyar Vahabzadə bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Universitetdə dərs demiş, 1990-ci ildən təqaüdə çıxmışdır. 1980-ci Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya ?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

Ovladlari Gulzar ve Isfendiyarla - 1964O, 1974-cü ildə əməkdar incəsənət xadini, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRI Dövlət Mükafatı laureatı adlarına laik görülmüşdür. 1985-ci ildə ona "Xalq şairi" adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xəsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir.

B.Vahabzadənini şerləri obrazların kamilliyi, bədii vasitələrin məasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur.

Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir.

Açar sözlər: image dahi-şəxsiyyətlər bəxtiyar-vahabzadə 
Baxış sayı: 98