Reklam verin!
Yuma Ailə Jurnalı

Reklam N 1

BakuTel - 2008 sərgisindən şəkillər

Bakutel 2008


Bakutel 2008Bakutel 2008Bakutel 2008Bakutel 2008Bakutel 2008Bakutel 2008Bakutel 2008Bakutel 2008 Bakutel 2008Bakutel 2008Bakutel 2008Bakutel 2008Bakutel 2008Bakutel 2008

Açar sözlər: bakutel-2008 image pictures 
Baxış sayı: 83

BakuTel - 2008 , 11-14 November

Bakutel-2008

     BakuTel –  illik beynəlxalq telekommunikasiya sərgisi və konfransıdır. Tədbirin təşkilatçıları: ITE Group Plc. şirkəti və onun Mərkəzi Asiya və Qafqaz üzrə tərəfdaşı olan İteca şirkətidir. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sərgiyə rəsmi dəstək verir.
Hər il sərgi zamanı informasiya və kommunikasiya texnologiyaları sahəsinin dünya üzrə aparıcı şirkətləri öz son nailiyyətlərini təqdim edir, həmçinin yeni məlumatlarla bölüşürlər. Ümumilikdə bu ilki sərgidə İKT sənayesinin 140 qabaqcıl şirkəti iştirak edəcək.


      Həmçinin, telekommunikasiya sahəsində mövcud olan ciddi məsələləri müzakirə etmək məqsədilə BakuTel-2008 çərçivəsində iştirakçılar üçün müxtəlif müzakirələr və dəyirmi masalar təşkil olunacaq. Bu ilki sərgidə Regional Nazirlər Görüşü keçiriləcək. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkil etdiyi bu görüşün mövzusu “Yüksək sürətli TransAvrasiya İnformasiya Magistralı” olacaq.                                                                                                                   
Layihə informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək inkişaf etmiş Qərbi Avropa və Şərqi Asiya regionlarını birləşdirən magistral boyu yerləşən 20 ölkəni əhatə edəcək.                                                                                                         
Mütəxəssislərin fikrincə, layihənin həyata keçirilməsi informasiya texnologiyaların beynəlxalq arenada geniş tətbiqi ümumilikdə regional iqtisadi inkişaf üçün yeni təkan verəcək.                                                                                                                 
Ümumilikdə, BakuTel sərgisi “Elektron Azərbaycan” proqramının həyata keçirilməsinin bir göstəricisi kimi, qlobal informasiya məkanına inteqrasiya, milli İKT məhsulların istehsalı və müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılması üçün əlverişli şərait yaradır.                                                                                              
                                                                                                                            
                                                                                                                             
                                                                     Mənbə: www.mincom.gov.az             

Açar sözlər: bakutel image ikt it 
Baxış sayı: 61

Seyid Əbdülqasım Nəbati

Seyid Əbdülqasım Nəbati

    Seyid Əbdülqasım Nəbati 1812-ci ildə Qaracadağ mahalının Üştübin qəsəbəsində rühani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbati tayfasındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üştibində və yaxin mahallarda dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Şair qoşmalarının birində öz əsil-nəsəbi barədə məlumat verərək yazır:


                 Meydani-eşq içrə seyirtdim atı,                                                              

                 Müsəxxər eylədim Rumu, Heratı.                                                           

                 Möhtərəm oğluyam, adım Nəbati,                                                         

                 Zatımız Haşimi, əslimiz ərəb.                                                                  

                                                                                                                            

     Mənşə etibarilə ərəblərə gedib çıxan bu tayfaların içərisində farslar və türklər də var idi. Elə buna görə Nəbati “Gözlərim” rəfifli şerində özünə dair məlumatı dəqiqləşdirib yazırdı:                                                                                              

                Bəççeyi –türkəm, dilim türki, kəlamın həcv-məcv,

                Xançobani can alan cancanı gözlər gözlərim.                                           

     Nəbatinin uşaqlığı Üştibində və Qaracadağda keçmişdir. O, ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə yaşlarında atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzmişdir. Şeirlərindəki bioqrafik işarələrdən bilinir ki, o, Qaracadağdan başqa Qarabağda –Əsgəranda, Qırçında, Ağdamda, Hindarxda və Muğanda-Salyanda, Lənkəranda, habelə Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır.                     

      Seyid Əbdülqasım bir müddət dərvişlik edib, müridlər arasında nüfuz və hörmət qazanandan sonar Uştibində mürşid olmuş, kəramət sahibi kimi tanınmışdır.Gənclik illərində o, Əhərə gedib, dövrünün görkəmli, böyük təriqətçisi olmuş Şeyx Mahmud Şihabəddinin məqbərə və ziyarətgahında guşənişinlik etmiş, riyazətlə məşğul olmuşdur. Nəbatilik təriqətinin başçılarından olan şair dünya işlərindən kənarda qalıb, sufi həyat keçirmiş, hücrədə tənha yaşamaqla haqqa, həqiqət aləminə yetişib gizli sirlərdən xəbərdar olmaq istəmişdir. Şair şeirlərinin birində guşənişinliyi tərifləyərək yazmışdır:                                                                                             

                  Guşeyi-vəhdət nə əcəb ca imiş,                                                            

                  Sirri-nihan onda hüveyda imiş.                                                              

                                                                                                                           

                  Aşiqi-divanələrin mənzili -                                                                    

                  Rütbəyə bax, ərşi-müəlla imiş.                                                              

                                                                                                                            

                  Qafil idim bu dili-viranədə,                                                                  

                  Dil demə, oğlan, bu ki dərya imiş.                                                         

       Müasirlərinin dediyinə görə Nəbati çox səxavətli, mərd və nəcib bir insane olmuşdur. İbadətdən ayrılıb camaat arasına çıxan zaman onun simasında xüsusi bir gözəllik, işiq, nur görünərmiş; özgə bir hala düşərmiş və bəzən şövqə gəlib eşqə, mey və məhəbbətlə dair şeir oxuyarmış. Aydın və şirin danişdığı üçün dinləyənləri valeh edərmiş. Müasirlərinin çoxu onunla həmsöhbət olmağı özlərinə şərəf bilərmiş.

      Nəbati orta əsrlərin böyük mütəfəkkiri Nəmətullah Vəlinin şiə təriqətinin davamçılarından olmuş, əsərlərində onun sufi-təriqətinə görə Allaha çatmaq istəyən özünü (maddi aləmi) unutmalı, fənaya uğramalı, bu yolla haqqa qovuşmalıdır. Yalnız daxilən təmizlənib saflaşan insan “Ənəlhəqq” deyib özünü haqqa çatmış hesab edə bilər. Nəbati də bu yolu davam etdirərək, insanın mənəvi kamilləşmə yolu ilə Allah səviyyəsinə yüksələ biləcəyinə inanmışdır. O da böyük Azərbaycan şairi İmadəddin Nəsimi kimi “Ənəlhaqq” deyə Allahı insanın özündə, maddi mühitdə görmüşdür. Nəbati şeirlərinin birində deyir: “Bütün yaradılış bizdən başqa bir şey deyildir. Yerdə, göydə, dəniz və mədənlərdə bizdən başqa heç bir şey yoxdur”.                    

      Lakin Nəbati dünya görüşü, həyata baxışları etibarilə ziddiyyətli şəxsiyyət olmuşdur. O bir tərəfdən dini ehkamları, xurafatı pisləyir, xalqı mövhumata səsləyən zahidi “kor gözlü uzunqulaq” adlandırır. “Mümkün olduqca eyşü-işrət qıl, fürsəti salma ruzi-miadə” –deyə müasirlərini həyatdan zövq almağa, şən, deyə-gülə yaşamağa çağırır, ikinci tərəfdən xalis dindar kimi çıxış edir. Özü də bir dinə qail olmur: gah islami, gah atəşpərəstliyi təqdir edir, gah da İslamı atıb Xristian olduğunu, xaça sitayiş etdiyini söyləyir. Hətta bəzən özünü qatı kafir adlandırır: “Əgər bu ruzigar əhli məndən xəbərdar olsalar, yəqinimdir ki, Sənanın küfrünə min yol şükür edərlər”.                                                                                                                

     Şair farsca şeirlərinin birində özünün daxili ziddiyyətlərini, bir-birini kəsən yollar ayrıcında mütərəddid qaldığını, mövcud həyatı, varlığı axıra qədər dərk edə bilmədiyini etiraf edib yazır:                                                                                     

                   Gah ağıllı, gah divanə oldum,                                                               

                   Gah abad, gah viranə oldum,                                                               

                   Gah xərabat içində sufi,                                                                       

                   Gah da meyxanə süpürgəçisi oldum...                                                  

                   Gah abid oldum, gah brəhmən,                                                            

                   Gah məscid, gah bütxanə oldum,                                                         

                   Gah dərviş oldum, gah qələndar,                                                         

                   Gah məst, gah da məstanə oldum.                                                       

     Həyatını maddi yoxsulluq və mənəvi ziddiyyətlər içərisində keçirən, gah qələndərlik, gah da dərvişlik edən Nəbati ahıl yaşlarında “Künci-Vəhdətdə təbah oldu əziz ömrüm, heyf”  -deyə sufiyanə ömür sürməsinə təəssüflənir, peşmançılıq çəkir.Şair həyatın mənası, dünyanın əvvəl-axırı haqqında çox düşünüb-daşınsa da, yaradılışın gizli sirlərindən xəbərsiz qalır:                                                                  

                   Yetdi ömrüm axirə, sən bir Nəbati bilmədim,                                       

                   Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir.                                  

                   Od tutub canım sərasər yandı, amma bilmədim                                     

                   Dil nədir, dilbər nədir, başımda bu sevda nədir.                                    

                   Bilmədim ömrümdə heç bir küfrü iyman hansıdır,                                  

                   Əhmədü  Mahmud kimdir, Müsəvü İsa nədir.                                      

      Nəbatinin həyatı ziddiyyətli və ağır keçmişdir. Şair rastlaşdığı çətinlikləri aradan qaldırmaq üçün müxtəlif vasitələrə əl atsa da, dövran, zəmanə onu həmişə məyus etmiş, kədərləndirmişdir. Şeirlərinin birində özünün qəmli, tutqun əhval-ruhiyyəsini ifadə edən şair lirik qəhramənın diliylə bu sözləri vermişdir:                                      

                  Nə müddətdir məni-biçarə, yarəb, yarsız qaldım,                                  

                  Pozuldu rövnəqim, dağıldı ev, pərkarsız qaldım.                                    

                  Kimə izhar edim dərdim, hanı bir məhrəmi-əsrar?                                  

                  Qəmim çox, qəmküsarım yox, əcəb qəmxarsız qaldım.                          

      Nəbati 1873-cü ildə Üşitibində vəfat etmiş və orada kənd qəbiristanlığında dəfn olunmuşdur. Müasirləri şairin divanını qoruyub saxlamış, əsərlərini çağdaşlarımıza çatdırmışdır.

Açar sözlər: seyid-əbdülqasım-nəbati image dahilər 
Baxış sayı: 64

Duzdu məzəli şəkillər

Duzdu məzəli

Duzdu məzəli       Yeni futbol növü qarşınızda :)

Duzdu məzəli  Deyirəm ki, nə ağıllı adamlar var ee... Duzdu məzəli       Ay masallah görün necə də gözəl mənzərədiDuzdu məzəli        Bu sifəti göstərmək üçün nə qədər məşq edib görəsən :)Duzdu məzəli       Qızda qorxu yoxdu halaldı Duzdu məzəli  Pişikdə məharətə bax hələ birDuzdu məzəli       İndi guya ki bu ağıllı çıxıb da...  Adamda kı utopiyaya bax çarpayını maşına oxşadıbDuzdu məzəli       Deyir ki mən bir gülləynən iki quş vururam

Duzdu məzəli

 Çoxxx maraqlıdı

 Görəsən neynəmək istəyir, başa düşən mənə də deyər :) 

Duzdu məzəli

Millət bu qıza yorğandan zaddan verin yazığdı üşüməsin

Duzdu məzəli

Deyirəm necə də ağıllı insanlar yetişdirir bu dünya

Açar sözlər: image gülməli 
Baxış sayı: 150

4 Oktyabr, 2008-Blogcularin goruş məkanı

Hormətli Blogçu həmkarlarım,

Məlumatınız varki, sabah 4 oktyabr 2008-ci il tarixində Aytəkin xanımın blogunun və AzəriBlog -un bir yaşını qeyd etmək və bir araya gəlmək məqsədilə goruş keçirilməsi planlaşdırılıb. 

Daha ətraflı məlumat verib, qeyd edirəm ki, goruş saat 14:30-da IATP Programinin yeni Internet komputer Mərkəzində keçiriləcək. Mərkəz Korolenko adina Mərkəzi Şəhər Kitabxanasina köçürülüb.

 



Unvan: Ağasadıq Gəraybəyli küçəsi 71. Gənclik, Ayna Sultanova Heykəlinin yaxın ərazisində                                                                                                            

Neqliyyat:  Azneft, Bayil Terefden - 288, 88, 271 nömreli avtobus

             28 May tərəfden - 318 nömrəli avtobus                                                        

             MUM tərəfden - 253 nömrəli avtobus                                                            

            Gənclik M. (Mehmanxana tərəfdən) - # 312, 203, 267, 27 avtobuslar               

Qeyd: Kitabxananın yaxınlığında olan məktəblər: 3, 102 ve 276 saylı                            məktəblər.                                                                                                                                                      

Xahiş edirəm, sualı və ya çətinliyi olanlar, bloga yazsınlar, mən əlaqə telefonumu həmin blogçuya bildirərəm.                                                                                                                                                                                                                                                      

PS: Şirniyyatı sevənlər uçun goruş zamanı şirniyyatın təşkil olunması nəzərdə tutulub :)                                                                                                                

                      Görüşə gələcək hər bir blogçuya dərin minnətdarlığımızı bildiririk

Açar sözlər:
Baxış sayı: 135

Milyonlarca istifadəçi yeni modem almalı olacaq...

İnternet daha da sürətləndiyində və IEEE -nin bir müdətdi üstündə işlədiyi yeni məlumat göndərmə protokolu 802.11 dünya standartı kimi qəbul edilərsə sürətli internet istəyən milyonlarca istifadəçi yeni modem almaq məcburiyətində qalacaq.                            

       DSL xətlərinin yayılması ilə dünyada milyonlarca istifadəçi max. 125 Mbps sürətli modemler işlətməyə başladı. Ancaq dünyanın ən böyük həmkarlar ittifaqı olan IEEE (The Institute of Electrical and Engineers, Inc.) 802.11-nin  2009-cu ilin yarısına hazır olacağını və dünyanın hər yerinde yeni standart olacağını dedi.                                    

       802.11 max. 300 Mbps sürətə malik olacaq və bunun yanında bir çox məlumatı eyni zamanda göndərmə imkanı verəcək. Bunu istəyən istifadəçilər evlərindəki modemləri atıb yerinə yeni modemler almalıdı.                                                           

      Ancaq bu sistem hələ də test edildiyi üçün bezi forumlarda tələsməmək məsləhət görülür.

Açar sözlər: ieee image modem technology 
Baxış sayı: 141

Dancing Hillary

Sizlərə yeni bir oyun təqdim edirəm, buyurun oynayın və əylənin...


Açar sözlər: image dancing-hillary game 
Baxış sayı: 190

AzəriBlogçuların Görüşü!!! 4 Oktyabr, 2008

         Hörmətli Azəri Blog -çular  4 Oktyabr, 2008-ci il Aytəkin xanımın blogunun və AzəriBlog  -un gec olsa da 1 yaşı olması münasibətilə birgə toplaşacağımız yeri əvvəlki yazımızda qeyd etdiyimiz kimi bizim seçdiyimiz sabit məkanda olmayacaq. Biz görüşün yerini sizin emaillərinizə göndərməyi düşünmüşdük. Ancaq sonradan toplaşacağımız yeri bizim təkliflərimiz əsasında sizin seçməniz daha məqsədə uyğun olardı. Onu da qeyd edək ki, hansı təklifə daha çox blogçu rəy versə orda da toplaşacağıq.                                                                                              

 Əziz blogçular Xahiş edirik aktif olun! Fikirlərinizi, təkliflərinizi bildirin Beləliklə blogçulara 2 təklifimiz var:


1)      Ofisdə (Gənclik, Ayna Sultanova tərəfdə) - Rəsmi toplantı keçirək və PPP istifadə edərək, bloglarımızın qısa təqdimatını keçirək, tanışlıq, diskusiya........

                                                                                                                            

2)      Şəhərdə (münasib bir yerdə) – Qeyri – rəsmi görüş olsun, amma hər birimiz bloqumuzu tanıtmaq üçün bloqumuz haqqında yazılı qısa məlumat gətirib paylayaq və ümumi tanışlıq, müzakirə və s..........

  Xahiş edirik fikrinizi bildirin ki, öncədən seçim edib, hazırlıq işləri görək ki, görüşümüz maraqlı keçsin.

Şərhlərinizi yazıb, iştirakınızı təsdiqləyin...

Hər şey sizin əlinizdədi...  

                                                                                 Görüşmək ümüdü ilə...

                                                                               Aytəkin Əliyeva və Admin

Açar sözlər: blogçuların görüşü image 
Baxış sayı: 155

Ismail Yk Bas gaza - klip

Əziz Şəbnəm xanımın istəyi ilə İsmail Yk -dan Bas gaza nin klipi sizlərin ixtiyarıa verirəm. Bizdən yerləşdrmək sizdən yükləmək.

Ardından yükləyə bilərsiniz.


Həcmi: 14.60 mb

YÜKLƏ / DOWNLOAD

Açar sözlər: image klip ismail-yk bas-gaza 
Baxış sayı: 214

Azəri Blog çuların nəzərinə!

                Hörmətli Azəri Blogçular...                                                                              

       Əziz Blogçular Azəri Blogun 1 yaşı münasibətilə planlaşdırılan görüşlər müəyyən səbəblərə görə baş tutmadı. Azəri Blogçular arasında birlik olsa, Aznet inkişaf edər. Bu torpaq biximdi. Bu torpağın inkişafını bizlər təmin etməliyik. Gəlin siz də bizə qoşulun bizim təşkil etdiyimiz və edəcəyimiz görüşlərdə iştirak edin. Fikirlərinzi bizimlə bölüşün, fikirləriniz və fikirlərimiz müzakirə olunsun. Yeniliklərdən xəbərdar olun. Yenilikləri bizlərlə paylaşın. Və ən sonda fikirlərimiz bir olsun ki, məqsədimiz də məlum olsun.                                                                                                                     

          Bizim görüşümüz ümid edirəm ki, çox yaxşı və samballı baş tutacaq.  Görüşümüzün vaxtını və yerini biz təyin edəcəyik. Görüş oktyabrın 4 –ü saat 14:30-da baş tutacaq. Onu da qeyd edək ki, görüşün oktyabrin 4 – ü saat neçədə olmağını istəyirsiz? Nəyin və kimlərin olmağını istərdiz? Görüşün predmenti nə olsun? bu suallar ətrafında fikirlərinizi bildirsəniz şad olarıq. Xahiş edirik , kim ki, görüşdə iştirak etmək istəyir: http://some.azeriblog.com/2008/09/08/azeri-blog-chularin-nezerine  adresinə daxil olub fikirlərinizi və gəlmək istədiyinizi şərhlər bölməsində yaza bilərsiniz. Əziz blogçular gəlmək istəyinizi bildirin ki, görüşü daha yüksək səviyyədə hazırlayaq. Ümidvarıq ki, blogçular görüşə böyük maraq göstərəcək və iştirak edəcək.                     

Qeyd: Əziz blogçular əgər görüşə gəlsəz biz sizə əlavə imkanlar da yaradacayıq!                                                                                                                               

P.S  Xahiş edirik bu məlumatı blogunuzda yerləşdirərdiniz ki, digər blogçuların da məlumatı olsun  Görüşə gələcək bütün blogçulara dərin minnətdarlığımızı bildiririk!


Açar sözlər: azəri-blog görüş blogger 
Baxış sayı: 238

Disaster Movie

Disaster Movie

Janr : Komediya                                              
Rejissor : Jason Friedberg                    
Senariya : Jason Friedberg , Aaron Seltzer               
Operator : Shawn Maurer
Musiqi : Christopher Lennertz
İstehsal : 2008, ABD

                                      Rollarda :                                          

 Matt Lanter (Will) , Vanessa Minnillo (Amy) ,  G. Thang (Calvin) , Crista Flanagan (Juney)     


Bir qrup gənc bir gecə anidən bir çox təbii fəlakətin içinə düşürlər. James Bond, Hancock, Iron man, Indiana Jones,  Hannah, Juno, Hellboy, Hulk, Zohan kinolarındakı absurd səhnələrin parodiyasıdi.

Eyni zamanda Scary Movie kinosunu çəkən Jason Friedberg ve Aaron Seltzerin son filmidi. Çox gülməli və maraqlı bir kinodu mutləq baxın

                                            

Açar sözlər: disaster-movie cinema film komedi indiana-jones 
Baxış sayı: 456

Bütün müsəlmanların Ramazan ayı xeyirli və bərəkətli olsun!

Ramazan ayınız mübarək olsun        Bu mübarək Ramazan ayında bütün arzularınız yerinə yetsin!


Açar sözlər: image ramazan 
Baxış sayı: 184

50 Cent - 21 Questions (ft. Nate Dogg) mp3

50 Cent dən full musiqi. Bu mahnını ardından yükləyə bilərsiz


Yüklə / Download 

Həcmi : 5.14 mb

Açar sözlər: image music mp3 50-cent 
Baxış sayı: 318

Beşiktaş

Beşiktaş      Beşiktaş ilk maçını antalyasporla
başladı..ilk yarıda  2-0 yenik
düşmüşdü...aynen milli takım gibi
75 dak. sora sahada sanki
beşiktaş tam farklıydı..maçı çevirmeyi
başaran beşiktaş antalyasporu
yenmeyi başardı...........
Maçın sonucu beşiktaş 3-2 antalyaspor...


Açar sözlər: image beşiktaş 
Baxış sayı: 215

Linkin Park dan full şəkillər

Linkin Park full pictures


Linkin ParkLinkin ParkLinkin ParkLinkin Park

Açar sözlər: linkin-park image rock-qrup 
Baxış sayı: 324

Bakıda daha bir partlayış...

Transformatr

                                                             

Bakının Xətai rayonu ərazisində partlayış baş verib. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, Məzahir Rüstəmov küçəsində yerləşən 138 saylı məktəbin və uşaq bağçasının yaxınlığında transformator partlayıb. 

   P.S. Sizcə bu iki partlayış   arasında hər hansı əlaqə varmı?


Saat 12.55 radələrində baş verən partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb. Dünyasını dəyişən şəxslər transformatorda təmir işləri aparan “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Kamal Bayramov və Elmar İsmayılovdur. Xəsarət alanlar isə Bakı şəhər sakini, 57 yaşlı Cəsur Məmmədov və Pərviz Seyidovdur. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə baş prokurorun I müavini Rüstəm Usubov gedib. Hazırda Fövqəladə Hallar Nazirliyinin, Baş Prokurorluğun və Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Partlayışın səbəbləri məlum deyil. Jurnalistlər hadisə yerinə buraxılmayıblar. Hələlik mətbuata heç bir açıqlama verilməyib.

Qeyd edək ki, 6 gün bundan qabaq müsəlmanların toplaşdığı Əbu Bəkr məscidində də partlayış baş vermişdi.  

Açar sözlər: image oartlayış bakı 
Baxış sayı: 254

Sizlərə Gülüş dolu həyat arzulayırıq!!!

Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.


Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam.



Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər 'çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı' deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.


İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.Bir gün meymun öz balasıyla oturub söhbət edir. Bala meymun anasından soruşur ana biz niyə bu gündəyik? Anası balasına deyir bala biz hələm yaxşıyıq gör bu mesajı oxuyan nə gündədi.



Hal-hazırda xətlərin yorğunluğu səbəbindən mesaj tam olaraq gəlməmişdir və mesaj yüklənməkdədir. Bu vəziyyət *bir neçə dəqiqə sürə bilər. Xahiş edirik gözləyin.


Ayda 200 milyon qazanmaq istəyərsinizsə aya gedin.


Bütün ümidlərim suya düşdü, amma boğulmadılar. çünki onlara üzməyi öyrətmişdim.


Sevgilim səni çox sevirəm! Amma pulu daha çox, lakin pulun nə dəyəri var, mühüm olan miqdarıdır.9. Bir daha qumar oynamayacağıma mərcə girirəm.


Səhər yemək yeyə bilmirəm, çünki səni düşünürəm, günorta yemək yeyə bilmirəm, çünki səni düşünürəm, axşam yemək yeyə bilmirəm, çünki səni düşünürəm. Gecə yata bilmirəm, çünki acam.


Kim deyib ki qırmızı işıqda yolu keçməzlər, rəhmətlik keçərdi.
Eşq axmaqların üzdüyü bir hovuzdur, amma məni itələdilər.


Bilməmək ayıb deyil, yetərki hiss etdirməyəsən.


Hörmətli qulumuz, qılınmamış namaz borcunuz görünməkdədir. Əməl dəftərinizin bağlanmaması üçün, xahiş olunur borcunuzu ödəyəsiniz. -"Axirət Müştəri Xidmətləri"


Mədəsi daşdan yumşaq olan hər bir şeyi həzm edən ziyalı qrupuna TƏLƏBƏ deyilir