Beşiktaş ilk maçını antalyasporla
başladı..ilk yarıda 2-0 yenik
düşmüşdü...aynen milli takım gibi75 dak. sora sahada sanki
beşiktaş tam farklıydı..maçı çevirmeyi
başaran beşiktaş antalyasporu
yenmeyi başardı...........
Maçın sonucu beşiktaş 3-2 antalyaspor...
Açar sözlər: image beşiktaş
Baxış sayı: 4
Açar sözlər: linkin-park image rock-qrup
Baxış sayı: 9

Bakının Xətai rayonu ərazisində partlayış baş verib. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, Məzahir Rüstəmov küçəsində yerləşən 138 saylı məktəbin və uşaq bağçasının yaxınlığında transformator partlayıb.
P.S. Sizcə bu iki partlayış arasında hər hansı əlaqə varmı?
Saat 12.55 radələrində baş verən partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb. Dünyasını dəyişən şəxslər transformatorda təmir işləri aparan “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Kamal Bayramov və Elmar İsmayılovdur. Xəsarət alanlar isə Bakı şəhər sakini, 57 yaşlı Cəsur Məmmədov və Pərviz Seyidovdur. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə baş prokurorun I müavini Rüstəm Usubov gedib. Hazırda Fövqəladə Hallar Nazirliyinin, Baş Prokurorluğun və Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Partlayışın səbəbləri məlum deyil. Jurnalistlər hadisə yerinə buraxılmayıblar. Hələlik mətbuata heç bir açıqlama verilməyib.
Qeyd edək ki, 6 gün bundan qabaq müsəlmanların toplaşdığı Əbu Bəkr məscidində də partlayış baş vermişdi.
Açar sözlər: image oartlayış bakı
Baxış sayı: 62
Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.
Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam.
Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər 'çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı' deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.
İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.Bir gün meymun öz balasıyla oturub söhbət edir. Bala meymun anasından soruşur ana biz niyə bu gündəyik? Anası balasına deyir bala biz hələm yaxşıyıq gör bu mesajı oxuyan nə gündədi.
Hal-hazırda xətlərin yorğunluğu səbəbindən mesaj tam olaraq gəlməmişdir və mesaj yüklənməkdədir. Bu vəziyyət *bir neçə dəqiqə sürə bilər. Xahiş edirik gözləyin.
Ayda 200 milyon qazanmaq istəyərsinizsə aya gedin.
Bütün ümidlərim suya düşdü, amma boğulmadılar. çünki onlara üzməyi öyrətmişdim.
Sevgilim səni çox sevirəm! Amma pulu daha çox, lakin pulun nə dəyəri var, mühüm olan miqdarıdır.9. Bir daha qumar oynamayacağıma mərcə girirəm.
Səhər yemək yeyə bilmirəm, çünki səni düşünürəm, günorta yemək yeyə bilmirəm, çünki səni düşünürəm, axşam yemək yeyə bilmirəm, çünki səni düşünürəm. Gecə yata bilmirəm, çünki acam.
Kim deyib ki qırmızı işıqda yolu keçməzlər, rəhmətlik keçərdi.
Eşq axmaqların üzdüyü bir hovuzdur, amma məni itələdilər.
Bilməmək ayıb deyil, yetərki hiss etdirməyəsən.
Hörmətli qulumuz, qılınmamış namaz borcunuz görünməkdədir. Əməl dəftərinizin bağlanmaması üçün, xahiş olunur borcunuzu ödəyəsiniz. -"Axirət Müştəri Xidmətləri"
Mədəsi daşdan yumşaq olan hər bir şeyi həzm edən ziyalı qrupuna TƏLƏBƏ deyilir
Bir gün yoxlama gəlir ki, dəlixanada ağıllanan dəliləri evə buraxsın. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.
İki ovçunun söhbətindən:
- Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!
- Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhəng bir ağ ayını əllərimlə boğub öldürdüm!
- Hə, söhbət dənizlərdən düşmüşkən, ölü dəniz haqqında eşitmisən?
- Əlbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm!
İki rəfiqə dalaşır:
- Sən nə ixtiyarnan məni hamının içində axmaq adlandırırsan?!
- Oy, bağışla sən mənə tapşırmışdın ki, axmaq olduğunu gizlədirsən...
Qulaq as Məmməd! Dünən özümə ağ ayaqqabı, ağ şalvar, ağ corab, ağ pencək, ağ köynək, ağ qalstuk və ağ dəsmal almışam.
- Yaxşısı budur özüvə bir dənə də yaşıl papaq al, olacaqsan qatıq butulkası.
Nəynən dolanırsan?
- Yazıram...
- Jurnalistsən?
- Yox. Mən atama yazıram ki, mənə pul göndərsin
Cərrah xəstədən soruşur:
- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
- Əlbəttə ki, pulsuz
- Lay-lay deyim yatasan,qızıl gülə batasan......
Komandir tağımın əsgərlərini bir sıraya düzür. Ciddi-ciddi baxıb:
- Sıravi Əliyev, sıradan çıxın, - deyə əmr edir.
Əliyev gürultu ilə yerə tirtap sərilir.
Komandir:
- Nə oldu ona?
- Sıradan çıxdı...
Komandir əskərlərin araq içmələrinə qadağa qoyur və divara yazır: 'İçki öldürür'.Sabahsı gün komandir yazının altında bir yazı daha görür: 'Əskərlər ölməz.'
Mənə yaxşı zəngli saat lazımdır.
- Bizdə yaxşı saat var. Deməli, əvvəlcə normal qaydada zəng çalır, sonra həyəcan siqnalı verir, sonra üstünüzə bir vedrə soyuq su tökür......əgər heç biri kömək etməsə, işinizə zəng edib xəstə olduğunuz barədə xəbər verir.
İki tələbə sessiya əvvəli:
- Nə oxuyursan?
- Kvant fizikası...
- Bəs niyə kitabı baş-ayaq tutmusan??
- Əşi nə fərqi var eee.
Açar sözlər:
Baxış sayı: 180

Peugeot maşın layihələndirmə yarışmasına təqdim olunan bu maşın xüsusi ilə maşını bir yerə saxlamaqda çətinlik çəkən qadınların çox xoşuna gələcək. Ardından daha ətraflı məlumat ala bilərsiniz...





Peugeot maşın layihələndirmə yarışmasına təqdim olunan bu maşın xüsusi ilə maşını bir yerə saxlamaqda çətinlik çəkən qadınların çox xoşuna gələcək. Maşının layihələndirmələrində məqsəd qeyri-adi maşın yaratmaq və diqqət çəkici olmasına çalışmaqdı. Məsələn, artıq maşın layihələndirməsiylə məşğul olan insanlar yaratdıqları maşınların ətraf mühitə ziyan verməməsinə diqqət yetirirlər və elektriklə işləyən motorlardan istifadə edirlər. Ancaq təəssüf ki elektrikli motorla işləyən maşınaların yola cıxmağını çox gözləyəcəyik. Gördüyünüz maşının yaradıcısı Andrei Francadı. Bu maşının digər maşınlardan fərqinin, bildiyimiz təkərin yerinə bir növ kürənin olmasıdı. Bu kürələrin köməkliyi ilə Peugeot 360 dar və sıxlıq olan yerlərdə daha asan hərəkət edir. Hər birində bir elektrik motoru olan bu üç kürə kompyuter tərəfindən idarə edilir. Motorlar çarxlar üçün cazibə qüvvəsi yaradır və hər çarx qrupu kürələrdən birini istiqamətləndirir. Maşında üç oturacaq var. Öndə oturan iki nəfər ortadakı idarə qolu vasitəsəylə maşını idarə edə bilir. Öz ətrafında dönən bu qol maşına 360 dərəcə dönmək imkanı yaradır. Olduqca futuristik və fərqli görünən Peugeot 360 layihədən istehsala keçib keçməyəcəyini görmək üçün gözləməli olacağıq.
Açar sözlər: peugeot-360 image auto innovation
Baxış sayı: 47
Açar sözlər: image kurtlar-vadisi-pusu pictures polad-alemdar
Baxış sayı: 54
Bakının Nərimanov rayonu ərazisində yerləşən Əbu Bəkir məscidində partlayış baş verib.. Hadisə bu gün saat 21.00 radələrində, namaz vaxtı baş verib.
Hadisənin şahidlərindən biri deyib ki, namaz qılınarkən o da məsciddə olub. Məscidə ard-arda iki əl qumbarası atılıb.
Şahidlərin sözlərinə görə, partlayış baş verən zaman məsciddə 500-ə qədər adam olub.
Ppartlayış nəticəsində iki nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralılardan birinin 5 saylı şəhər xəstəxanasına, birinin isə Klinik Tibbi Mərkəzə aparaıldığı bəlli olub. Qalan yaralıların hara aparıldığı bilinmir.
Şahidlər bildiriblər ki, axşam namazı vaxtı 25-30 yaşlarında bir gənc məscidin pəncərəsindən içəri əl qumbarası atıb. Bəzi məlumatlara görə, məscidin imamı Hacı Qamət Süleymanov yüngül xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstələri və 2 təcili tibbi yardım maşını gəlib.
Nərimanov rayon prokurorunun müavini Rasim Qurbanov ən azı 2 nəfər ölüb, 9 nəfər yaralının olduğunu bildirib. Hadisə nəticəsində məscidə böyük zərər dəyməsə də, içəri divarlarda partlayışın izləri qalıb. R.Qurbanov deyib ki, hazırda hadisə yerinin ekspertizası və başqa zəruri təhqiqat tədbirləri görülür.
Qeyd edək ki, Əbu-Bəkr vəhhabi təriqətinə mənsub şəxslərin toplaşdığı məscid kimi tanınır.
Açar sözlər: əbu bəkr image partlayış
Baxış sayı: 45
Əslində isə gördüyünüz bu şəkildəki Ella adlı heykəl, sadəcə 24000 şəftəlidən hazırlanmış bir reklamdır.
Açar sözlər: image ella heykəl reklam advisor
Baxış sayı: 24
Azərbaycanımızın dahi şəxsiyyətlərindən biri olan Bəxtiyar Vahabzadənin 83 illiyi tamam oldu. Saytımızın idarə heyyəti adından Bəxtiyar Vahabzadəyə uzun ömür can sağlığı arzulayırıq. Yazının ardından Dahi Şəxsiyyətin həyatını nəzərdən keçirək.
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublkamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şer kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə Sovyet birliyinə dahil olan bir çox salqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır.
Bəxtiyar Vahabzadə Mahmud oğlu 1925-ci ildə Şəkidə doğulmuş, 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçmüşdür. 1942-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş, 1947-ci ildə həmin fakultəni bitirib universitetin nəzdində aspiranturaya qəbul olunmuşdur.
1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda monografiyasını mödafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsini almışdır.
Bəxtiyar Vahabzadə bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Universitetdə dərs demiş, 1990-ci ildən təqaüdə çıxmışdır. 1980-ci Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya ?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
O, 1974-cü ildə əməkdar incəsənət xadini, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRI Dövlət Mükafatı laureatı adlarına laik görülmüşdür. 1985-ci ildə ona "Xalq şairi" adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xəsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir.
B.Vahabzadənini şerləri obrazların kamilliyi, bədii vasitələrin məasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur.
Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir.
Açar sözlər: image dahi-şəxsiyyətlər bəxtiyar-vahabzadə
Baxış sayı: 32
Açar sözlər: image euro dollar
Baxış sayı: 40
Azərbaycanda tezliklə “AzTV İdman” kanalı açılacaq. bu barədə Milli Televiziya və Radio Şurası məlumat yayıb. Məlumatda bildirilir ki, bununla bağlı iyulun 18-də keçirilən iclasda qərar qəbul olunub.
Azərbaycanda tezliklə “AzTV İdman” kanalı açılacaq. bu barədə Milli Televiziya və Radio Şurası məlumat yayıb. Məlumatda bildirilir ki, bununla bağlı iyulun 18-də keçirilən iclasda qərar qəbul olunub.
İclasda Milli Televiziya və Radio Şurasının 11 aprel 2008-ci il tarixli qərarı ilə idman televiziya kanalının açılması məqsədilə elan edilən müsabiqənin nəticələri müzakirə olunub. Müsabiqədə iştirak edən digər iddiaçılarla müqayisədə daha münasib maddi-texniki bazaya, peşəkar kadr potensialına və idman sahəsində geniş təcrübəyə malik olan “AzTV İdman” telekanalı müsabiqənin qalibi elan olunub. Telekanala lisenziya 6 il müddətinə verilib.
Bu gün Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib ki, gələcəkdə Şamaxı, Əlibayramlı, Cəlilabad, Neftçala və bu kimi böyük regionlarda da kanallar açmaq düşünülür. Onun dediyinə görə, növbəti parlament seçkilərində namizədlər öz təbliğatlarını bu kanallar vasitəsilə apara biləcək. Gələcəkdə mədəniyyət sahəsi ilə bağlı kanalın da açılacağı düşünülür. N.Məhərrəmli sahə xarakterli kanallarda reklam məsələsinin çətinliyini də qeyd edib.
Açar sözlər: aztv image tv
Baxış sayı: 34
Açar sözlər: ping-pong image game miniclip
Baxış sayı: 49

SleepWalking. Bu kino 2008-ci ildə istehsal olunmuş və sevilən kinolardan biridir. Siz ardından kino haqqında məlumat ala bilərsiniz...
Sevgilisinin həbs olunmasıyla evindən qovulan Joleen Reedyin (Charlize Theron) 11 yaşındakı qızı Tara (Anna Sophia Robb) ilə birlikdə qalacaq bir yerə ehtiyacı var idi. Joleen, kirayə evində onların yaşamasından narahat olmayacaq çox güvəndiyi qardaşı Jamesdən kömək istəyir. Köçdükdən dərhal sonra Joleen başqa bir adamla qaçır. Tək başına bir uşağa baxımaq üçün son dərəcə hazırlıqsız olan James, pərişan haldakı bacısı qızını xoşbəxt etməyə çalışır. Ancaq bir müddət sonra, hadisələr idarədən çıxır: James işini itirər və Taranın da internata getməsi lazım gəlir. Tam da bu sırada James gələcəyinı təsir edən bir qərar verir. Keçmişiylə üzləşmək üçün, Taranı da götürüb uşaqlığının keçdiyi Utahdakı ailəsinin olduğu bağa gedər. Jamesin bağa getməsi atası (Dennis Hopper) ilə arasındakı münaqişəni yenidən alovlandırır . James gözlənilməz bir şəkildə qarşısına çıxan bu vəziyyətdə, Taranın bu günə qədər heç sahib olmadığı ata rolunu üzərinə götürür və bu onun həyatının əsl məqsədi olur.
Rollarda
Nick Stahl James
Anna Sophia Robb Tara
Charlize Theron Joleen
Dennis Hopper Mr. Reedy
Woody Harrelson Rall
Deborra-Lee Furness Danni
Milan Aveyard Girl #1
Simon Chin Rall's Friend
Mike Ennis Cop #2
Shannon Jardine Mom
Musiqi : Christopher Young
Senari müəllifi : Zac Stanford
Produserlər : A.J. Dix, J.J. Harris, Beth Kono
Açar sözlər: sleepwalking image cinema charlize-theron
Baxış sayı: 44
Açar sözlər: i-love-you image sevgi
Baxış sayı: 64
Türkiyənin Hatay şəhərində 5 gün əvvəl damarları çöldə, dərisi tam inkişaf eləməmiş dünyaya gələn qız uşağı öldü. O, 5 avqustda normal doğumla dünyaya gəlmişdi. Tibbdə `balıq uşaq` olaraq adlandırılan xəstəliklə dünyaya gələn qız ailənin ilk uşağı idi. Qızın bəzi orqanları tam inkişaf eləməmiş, dərisində dərin çatlar olduğu üçün müşahidə altına alındı. Gözləri bağlanmayan, dərisindəki yarıqlar səbəbiylə infeksiya düşən və su itirən uşaq yaşaya bilmədi.
Uşağın 1 ay tez dünyaya gəldiyini, dərisində ağır bir xəstəlik olduğunu və bu xəstəliyin nəsildən nəsilə keçən bir xəstəlik olduğunu deyən həkimlər bu xəstəliyin ən böyük səbəbinin ana və atanın əmi uşaqları olmasını göstərdilər. Bu xəstəliyin hər 300 mininci doğumda görülmə ehtimalı var. Belə xəstəliyi olan ailələr gələcəkdə belə bir problemlə qarşılaşmamaq üçün genetik testlərdən mütləq keçməlidi. Bu ailə üzərində aparılan testlərdə dünyaya gələcək ikinci uşaqlarında bu xəstəliyin görülmə ehtimalının 25% olacağını isə xüsusi ilə qeyd edirlər.
Açar sözlər: balıq+uşaq image xəstəlik genetika
Baxış sayı: 74

Əziz istifadəçilər sükan arxasında olarkən diqqətli olun yoxsa Allah göstərməsin həyatınızda bu videodakı kimi qorxunc hadisə baş verər. Ardından videonu yukləyə bilərsiniz.
P.S Siz necə sükan arxasında diqqətlisiniz?
Həcmi: 1.48 mb
Şifrə: www.some-az.tk
YÜKLƏ \ DOWNLOAD
Açar sözlər: video car image wmv download
Baxış sayı: 69
Manned Cloud,bulud formalı uçan mehmanxanadır.Bu mehmanxanaya 40 qonaq yerləşdirilə biləcək.
Uçan mehmanxana saatda 130km sürətlə 5000km məsafəyə uça biləcək.Maksiumum sürəti 170km/saat və 2 göyərtəsi olan
uçan mehmanxanada restoran, kitabxana,idman salonu və 40 gün üçün adi yaşayış vasitələri olacaq.Mehmanxanada
təşkil olunacaq səyahətlər bir neçə gün davam edəcək.Bu konsept,hətda gələn il reallaşa bilər.
Açar sözlər: uçan-mehmanxana image
Baxış sayı: 87
Albert Einsteinin sürücüsü ilə yaşadığı maraqlı bir hadisə...
Enşteyin bir çox yerlərdə konfranslar vermişdi. Bu konfranslara xüsusi sürücüsü ilə gedirdi. O konfrans verəndə sürücüsü də iştrakçılar arasında Enşteyinin danışdıqlarını diqqətlə dinləyirdi. Bir gün yenə də bir konfransa gedirdilər. Bu arada sürücü, “Dr Enşteyin” dedi: - Sizi o qədər uzun zamandır ki dinləyirəm, sizin nə deyəcəyinizi və hansı sözləri işlədəcəyinizi bilirəm. Enşteyin sürücünün sözlərini başa düşdü və “Yaxşı” dedi. İndi girəcəyimiz konfransda məni tanımırlar. Palto və papaqlarımızı dəyişək və konfransa sən mənim əvəzimə gir. Sürücü bununla razılaşıb konfransa girdi. Sürücü həqiqətən də Enşteyini diqqətlə dinləmişdi. Sualların hamısına səlis cavab verirdi, ancaq eşitmədiyi bir mövzuda sual soruşulanda sualın cavabını bilmədiyini başa düşdü. Sürücü bu sualın cavabını bilməməsinə baxmayaraq ruhdan düşmədi və belə dedi: “Belə sadə bir sualı mənə verməniz çox qəribədi, indi arxa sırada oturan sürücümü çağıracam və sizin sualınıza cavab verməsini söyləyəcəm.
Açar sözlər: albert-einstein image maraqlı-hadisə driver
Baxış sayı: 80

H.O.S.T Alliance haqqında bilmediklerinizi ardından öyrene bilersiniz...
8 nəfərlə fəaliyyətə başlayan bu alyansın birləşmə forması belədir:
Baku Clan(Jamal_Ali, Feck, Felon De Jure, ErranT, Qaraqan və Dərviş), AiD və PRoMete.
Baku Clan Türkiyədə təhsil alan 4 gənc təfərindən yaradılıb. Bunlar: Jamal_Ali, Felon De Jure, ErranT və Feckdir. Ankarada ilk track olan “Baku Clan” tracki yazılır. Daha sonralar klana Qaraqan və Dərviş də qoşulur. Birgə ilk iş - “Sənsiz (Love Story)” tracki yazılır. Yazılış prosesi PRoMetenin çalışdığı studiyada olur. 2006-cı il yay aylarının axırlarında Qaraqan və Felon De Jure “Məni qaytar” adli track yazır və bununla Baku Clan fəaliyyətə bir qədər ara verir. 2007-ci ilin əvvəlində AiD və PRoMete də daxil olmaqla Alliance qurmaq fikri yaranır və tək fikir olaraq qalmır, yazılışa hazırlıqlar başlanır. “H.O.S.T Alliance” adı altında albomun yazılışına start verilir. 18 fevralda ilk track olan “Həyatım əllərimdə” tracki hazır olur. 29 iyun 2007-ci il tarixinə ilk albomun işləri bitir. Albom satışda çıxarılmır. 2000-ə yaxın nüsxə əldən-ələ paylanır. İnternet saytlarında da albom çox böyük rəqəmlərlə yüklənilir və maraqla qarşılanır. Albom “Proloq” adlanır və 17 kompozisiyadan ibarət olur:
1.İntro
2.H.O.S.T (Qaraqan, Felon De Jure, ErranT, Jamal_Ali, PRoMete)
3.Məni Qaytar (Qaraqan, Felon De Jure)
4.Həyatım əllərimdə (Qaraqan, Jamal_Ali, ErranT, PRoMete )
5.How we rapin’ (Felon De Jure, ErranT, Qaraqan)
6.İstəmirəm (Qaraqan, PRoMete, Jamal_Ali)
7.Xronika (Qaraqan, ErranT, Felon De Jure)
8.Yenə tək (Qaraqan, ErranT)
9. Bakı (Felon De Jure)(Skit)
10.Gəl gedək (Feck, AiD)(vokal Ayka)
11. Propoganda (Qaraqan, Felon De Jure, ErranT)
12.Ölmüş Ümidlər (Qaraqan, Dərviş, AiD)
13.Yorğun (Qaraqan, PRoMete, AiD)
14.Mənim Qaranlığım (Qaraqan)
15.Proza (Qaraqan)
16.Neçə (AiD, Jamal_Ali, Qaraqan)
17.Outro
İlin sonunda(9 dekabr 2007) tarixində ilk konsert baş tutur. Konsert “Yuğ” teatrında keçirilir. Birinci albom uğurla qarşılandıqdan sonra artıq ikinci albomun işləri başlayır. Bu ərəfələrdə alyansın üzvlərindən olan Dərviş şəxsi səbəblərə görə alyansı tərk edir. 10.05.08 tarixində artıq tam hazır olur və ilk əvvəl albom “HOSTdan HOSTçuya eksklüziv” adıyla xüsusi tiraj şəklində təqdim edilir. 29.05.08 tarixində isə artıq kütləvi satışa buraxılır və bu albom da “Proloq” kimi çox uğurla qarşılanır. Albom “Qarada Qırmızı” adlanır və 18 kompozisiyadan ibarət olur:
1. Prelüd (Qaraqan)
2. Esmeralda (Qaraqan)
3. Mənim Mübarizəm (Qaraqan)
4. Mən Dəyişəcəm (PRoMete)
5. Buza Dönəcəm (Qaraqan, PRoMete)
6. Ağlama (AiD, Dərviş, Qaraqan, PRoMete)
7. Düşüncə (Qaraqan, AiD, PRoMete)
8. Azərbaycan (AiD, Qaraqan, PRoMete)
9. Əlvida (PRoMete, ErranT, Qaraqan)
10. Etiraf Otağı (Qaraqan)
11. Nağıl (AiD, Qaraqan)
12. Maraqsız Mahnı (Qaraqan)
13. Qarada Qırmızı (Qaraqan, PRoMete, AiD)
14. Sidrətül Müntəha (Qaraqan)
15. Sevgi Yoxdur (Qaraqan)(vokal Ayka)
16. Smslər Dünyanı Xilas Edəcək (Qaraqan)
17. Azad HOSTçular (Qaraqan, AiD)
18. Bezmişəm (Qaraqan, AiD)
Bu ərəfədə alyansın üzvlərindən olan Qaraqan “A” adlı kitabı yazıb tamamlayır.Kitabın yazılmasında məqsəd insanları düzgün yola çəkmək, gəncləri axmaq işlərdən yayındırmaq, dünyanın necə bir yer olduğunu başa salmaq və ən əsas da “HOST ideologiyası”-nın yaranması olur. HOST ideologiyası hər ideologiyadan götürülmüş ən yaxşı cəhətlərdən təşkil olunub. Kitab “Azərbaycan Yazıçılar Birliyi”-nin katibi Rəşad Məcidin ön sözüylə 05.05.08 tarixində satışa buraxılır və çox böyük maraqla oxunulur. Kitab gözlənildiyindən qat-qat artıq satılır.
HOST mətbuat və televiziya tərəfindən də çox böyük maraqla qarşılanıb.Artıq bir neçə dəfə qəzetdə HOSTla bağlı məqalələr çıxıb. Radiolarda, TV-lərdə qonaq olublar. Ən çox internet dəstəyi də məhs HOSTa məxsusdur.
H.O.S.T sözu Hava Od Su Torpaq sözlərinin baş hərflərindən təşgil olunmuşdur.Alliance sözü isə hər hansı klan,qrup və üzvün birləşməsindən yaranan ən böyük birləşmədi.H.O.S.T Alyansın tərkibində klan(Baku Klan) və 2 üzv(AiD, PRoMete) var.
H - Qədim Şumer mixi yazılarında xoşbəxtlik və bədbəxtlik rəmzi...
O - Ağ pentaqramma,satanizmin əks,xeyir qüvvələr.Bu medalyon mənfi enerjiden və qara qüvvələrdən qoruyur...
S - Dollarin əksi,anti-pop,culture,tərki-dünyalıq,israf və etikaya qarşı,dünya qaydalarına əks olmaq...
T - Qılınc,mübarizə
Hava - Romantizm,
Od - Aqressiya,
Su - Lirika,
Torpaq - Realizm.
HOST sözünün digər mənaları:
HOST - Sahib (ingilis)
HOST - Allah ordusu,ilahi qüvvə (omonim)
HOST - Lider,aparıcı,showman (U.S.A)
HOST - Xəstəlik,virus (tibb)
HOST - Zülmət
HOST – Qalaktika 







Açar sözlər: host-alliance image history
Baxış sayı: 92
İstanbulda dehşetetli patlama yaşandı. Yinede masum insanlar öldü. Terör yaşlı, genç, çoluk çocuk demeden ocakları söndürdü. 27 temmuz akşamı İstanbul Güngören Menders caddesinde can pazarı yaşandı. İlk saatli bombanın patlaması sonrası insanlar yaralılara yardıma koşuşurken bu sefer çöp kutusuna koyulan ikinci bomba ilkinden 10 dakika sonra patladı. 21:55 de patlayan ikinci bomba bu sefer Menders caddesini kana buladı. 15 kişi öldü, 175 kişi yaralandı. 150 ağır yaralı olarak hastanelere gönderildi. Bu olayda sora bir daha pkk lanetlendi.o piç yüzünü göstermiş oldu. Hadi hep beraber terörü lanetliyelim.
P.S Ve bir daha başın sağolsun Türkiyem.
Açar sözlər: terror image türkiye istanbul
Baxış sayı: 110
Türkiye`yi alt üst eden bu olayın perde arkası açıldı... Tam 75 yıldır Ergenekon örgütü varlığını sürdürmüş... Son çabalarla örgüt alt üst oldu... Tüm Türkiye`yi bu mafya mı idare etdi??? Tüm suikastları Ergenekon mu yaptı??? Evet cevabını alırsınız... Bülent Ecevit`i başbakanlıkdan deviren Ergenekon... Turgut Özal`a suikast hazırlayan Ergenekon... Kurtlar vadisinde gösterilen Susurluk olayında da Ergenekon çıkdı... Artık Türkiye karma karışık... Hrant Dink suikastı... Danıştay saldırısı... Rahip Santorini suikasiti... Malatya Zirve yayınevi saldırısı... Hepsi bu örgütün işi... Tamam ermeniyi öldürdünüz güzel ama Türkiye`yi deviremezsiniz...
Açar sözlər: image ergenekon news siyasət
Baxış sayı: 78

Willi Smith

Brad Pitt

Sylvester Stallone

Anna Kurnikova



Açar sözlər: popular-man image caricature funny
Baxış sayı: 80
Biz sizə gülüş dolu həyat arzulayırıq.


