






























Açar sözlər: bakutel-2008 image pictures
Baxış sayı: 83

Seyid Əbdülqasım Nəbati 1812-ci ildə Qaracadağ mahalının Üştübin qəsəbəsində rühani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbati tayfasındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üştibində və yaxin mahallarda dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Şair qoşmalarının birində öz əsil-nəsəbi barədə məlumat verərək yazır:
Meydani-eşq içrə seyirtdim atı,
Müsəxxər eylədim Rumu, Heratı.
Möhtərəm oğluyam, adım Nəbati,
Zatımız Haşimi, əslimiz ərəb.
Mənşə etibarilə ərəblərə gedib çıxan bu tayfaların içərisində farslar və türklər də var idi. Elə buna görə Nəbati “Gözlərim” rəfifli şerində özünə dair məlumatı dəqiqləşdirib yazırdı:
Bəççeyi –türkəm, dilim türki, kəlamın həcv-məcv,Xançobani can alan cancanı gözlər gözlərim.
Nəbatinin uşaqlığı Üştibində və Qaracadağda keçmişdir. O, ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə yaşlarında atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzmişdir. Şeirlərindəki bioqrafik işarələrdən bilinir ki, o, Qaracadağdan başqa Qarabağda –Əsgəranda, Qırçında, Ağdamda, Hindarxda və Muğanda-Salyanda, Lənkəranda, habelə Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır.
Seyid Əbdülqasım bir müddət dərvişlik edib, müridlər arasında nüfuz və hörmət qazanandan sonar Uştibində mürşid olmuş, kəramət sahibi kimi tanınmışdır.Gənclik illərində o, Əhərə gedib, dövrünün görkəmli, böyük təriqətçisi olmuş Şeyx Mahmud Şihabəddinin məqbərə və ziyarətgahında guşənişinlik etmiş, riyazətlə məşğul olmuşdur. Nəbatilik təriqətinin başçılarından olan şair dünya işlərindən kənarda qalıb, sufi həyat keçirmiş, hücrədə tənha yaşamaqla haqqa, həqiqət aləminə yetişib gizli sirlərdən xəbərdar olmaq istəmişdir. Şair şeirlərinin birində guşənişinliyi tərifləyərək yazmışdır:
Guşeyi-vəhdət nə əcəb ca imiş,
Sirri-nihan onda hüveyda imiş.
Aşiqi-divanələrin mənzili -
Rütbəyə bax, ərşi-müəlla imiş.
Qafil idim bu dili-viranədə,
Dil demə, oğlan, bu ki dərya imiş.
Müasirlərinin dediyinə görə Nəbati çox səxavətli, mərd və nəcib bir insane olmuşdur. İbadətdən ayrılıb camaat arasına çıxan zaman onun simasında xüsusi bir gözəllik, işiq, nur görünərmiş; özgə bir hala düşərmiş və bəzən şövqə gəlib eşqə, mey və məhəbbətlə dair şeir oxuyarmış. Aydın və şirin danişdığı üçün dinləyənləri valeh edərmiş. Müasirlərinin çoxu onunla həmsöhbət olmağı özlərinə şərəf bilərmiş.Nəbati orta əsrlərin böyük mütəfəkkiri Nəmətullah Vəlinin şiə təriqətinin davamçılarından olmuş, əsərlərində onun sufi-təriqətinə görə Allaha çatmaq istəyən özünü (maddi aləmi) unutmalı, fənaya uğramalı, bu yolla haqqa qovuşmalıdır. Yalnız daxilən təmizlənib saflaşan insan “Ənəlhəqq” deyib özünü haqqa çatmış hesab edə bilər. Nəbati də bu yolu davam etdirərək, insanın mənəvi kamilləşmə yolu ilə Allah səviyyəsinə yüksələ biləcəyinə inanmışdır. O da böyük Azərbaycan şairi İmadəddin Nəsimi kimi “Ənəlhaqq” deyə Allahı insanın özündə, maddi mühitdə görmüşdür. Nəbati şeirlərinin birində deyir: “Bütün yaradılış bizdən başqa bir şey deyildir. Yerdə, göydə, dəniz və mədənlərdə bizdən başqa heç bir şey yoxdur”.
Lakin Nəbati dünya görüşü, həyata baxışları etibarilə ziddiyyətli şəxsiyyət olmuşdur. O bir tərəfdən dini ehkamları, xurafatı pisləyir, xalqı mövhumata səsləyən zahidi “kor gözlü uzunqulaq” adlandırır. “Mümkün olduqca eyşü-işrət qıl, fürsəti salma ruzi-miadə” –deyə müasirlərini həyatdan zövq almağa, şən, deyə-gülə yaşamağa çağırır, ikinci tərəfdən xalis dindar kimi çıxış edir. Özü də bir dinə qail olmur: gah islami, gah atəşpərəstliyi təqdir edir, gah da İslamı atıb Xristian olduğunu, xaça sitayiş etdiyini söyləyir. Hətta bəzən özünü qatı kafir adlandırır: “Əgər bu ruzigar əhli məndən xəbərdar olsalar, yəqinimdir ki, Sənanın küfrünə min yol şükür edərlər”.
Şair farsca şeirlərinin birində özünün daxili ziddiyyətlərini, bir-birini kəsən yollar ayrıcında mütərəddid qaldığını, mövcud həyatı, varlığı axıra qədər dərk edə bilmədiyini etiraf edib yazır:
Gah ağıllı, gah divanə oldum,
Gah abad, gah viranə oldum,
Gah xərabat içində sufi,
Gah da meyxanə süpürgəçisi oldum...
Gah abid oldum, gah brəhmən,
Gah məscid, gah bütxanə oldum,
Gah dərviş oldum, gah qələndar,
Gah məst, gah da məstanə oldum.
Həyatını maddi yoxsulluq və mənəvi ziddiyyətlər içərisində keçirən, gah qələndərlik, gah da dərvişlik edən Nəbati ahıl yaşlarında “Künci-Vəhdətdə təbah oldu əziz ömrüm, heyf” -deyə sufiyanə ömür sürməsinə təəssüflənir, peşmançılıq çəkir.Şair həyatın mənası, dünyanın əvvəl-axırı haqqında çox düşünüb-daşınsa da, yaradılışın gizli sirlərindən xəbərsiz qalır:
Yetdi ömrüm axirə, sən bir Nəbati bilmədim,
Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir.
Od tutub canım sərasər yandı, amma bilmədim
Dil nədir, dilbər nədir, başımda bu sevda nədir.
Bilmədim ömrümdə heç bir küfrü iyman hansıdır,
Əhmədü Mahmud kimdir, Müsəvü İsa nədir.
Nəbatinin həyatı ziddiyyətli və ağır keçmişdir. Şair rastlaşdığı çətinlikləri aradan qaldırmaq üçün müxtəlif vasitələrə əl atsa da, dövran, zəmanə onu həmişə məyus etmiş, kədərləndirmişdir. Şeirlərinin birində özünün qəmli, tutqun əhval-ruhiyyəsini ifadə edən şair lirik qəhramənın diliylə bu sözləri vermişdir:
Nə müddətdir məni-biçarə, yarəb, yarsız qaldım,
Pozuldu rövnəqim, dağıldı ev, pərkarsız qaldım.
Kimə izhar edim dərdim, hanı bir məhrəmi-əsrar?
Qəmim çox, qəmküsarım yox, əcəb qəmxarsız qaldım.
Nəbati 1873-cü ildə Üşitibində vəfat etmiş və orada kənd qəbiristanlığında dəfn olunmuşdur. Müasirləri şairin divanını qoruyub saxlamış, əsərlərini çağdaşlarımıza çatdırmışdır.
Açar sözlər: seyid-əbdülqasım-nəbati image dahilər
Baxış sayı: 64

Yeni futbol növü qarşınızda :)
Deyirəm ki, nə ağıllı adamlar var ee...
Ay masallah görün necə də gözəl mənzərədi
Bu sifəti göstərmək üçün nə qədər məşq edib görəsən :)
Qızda qorxu yoxdu halaldı
Pişikdə məharətə bax hələ bir
İndi guya ki bu ağıllı çıxıb da...
Adamda kı utopiyaya bax çarpayını maşına oxşadıb
Deyir ki mən bir gülləynən iki quş vururam

Çoxxx maraqlıdı

Görəsən neynəmək istəyir, başa düşən mənə də deyər :)

Millət bu qıza yorğandan zaddan verin yazığdı üşüməsin

Deyirəm necə də ağıllı insanlar yetişdirir bu dünya
Hormətli Blogçu həmkarlarım,
Məlumatınız varki, sabah 4 oktyabr 2008-ci il tarixində Aytəkin xanımın blogunun və AzəriBlog -un bir yaşını qeyd etmək və bir araya gəlmək məqsədilə goruş keçirilməsi planlaşdırılıb.
Daha ətraflı məlumat verib, qeyd edirəm ki, goruş saat 14:30-da IATP Programinin yeni Internet komputer Mərkəzində keçiriləcək. Mərkəz Korolenko adina Mərkəzi Şəhər Kitabxanasina köçürülüb.
Unvan: Ağasadıq Gəraybəyli küçəsi 71. Gənclik, Ayna Sultanova Heykəlinin yaxın ərazisində
Neqliyyat: Azneft, Bayil Terefden - 288, 88, 271 nömreli avtobus
28 May tərəfden - 318 nömrəli avtobus
MUM tərəfden - 253 nömrəli avtobus
Gənclik M. (Mehmanxana tərəfdən) - # 312, 203, 267, 27 avtobuslar
Qeyd: Kitabxananın yaxınlığında olan məktəblər: 3, 102 ve 276 saylı məktəblər.
Xahiş edirəm, sualı və ya çətinliyi olanlar, bloga yazsınlar, mən əlaqə telefonumu həmin blogçuya bildirərəm.
PS: Şirniyyatı sevənlər uçun goruş zamanı şirniyyatın təşkil olunması nəzərdə tutulub :)
Görüşə gələcək hər bir blogçuya dərin minnətdarlığımızı bildiririk
Açar sözlər:
Baxış sayı: 135

DSL xətlərinin yayılması ilə dünyada milyonlarca istifadəçi max. 125 Mbps sürətli modemler işlətməyə başladı. Ancaq dünyanın ən böyük həmkarlar ittifaqı olan IEEE (The Institute of Electrical and Engineers, Inc.) 802.11-nin 2009-cu ilin yarısına hazır olacağını və dünyanın hər yerinde yeni standart olacağını dedi.
802.11 max. 300 Mbps sürətə malik olacaq və bunun yanında bir çox məlumatı eyni zamanda göndərmə imkanı verəcək. Bunu istəyən istifadəçilər evlərindəki modemləri atıb yerinə yeni modemler almalıdı.
Ancaq bu sistem hələ də test edildiyi üçün bezi forumlarda tələsməmək məsləhət görülür.
Açar sözlər: ieee image modem technology
Baxış sayı: 141
Sizlərə yeni bir oyun təqdim edirəm, buyurun oynayın və əylənin...
Açar sözlər: image dancing-hillary game
Baxış sayı: 190
Hörmətli Azəri Blog -çular 4 Oktyabr, 2008-ci il Aytəkin xanımın blogunun və AzəriBlog -un gec olsa da 1 yaşı olması münasibətilə birgə toplaşacağımız yeri əvvəlki yazımızda qeyd etdiyimiz kimi bizim seçdiyimiz sabit məkanda olmayacaq. Biz görüşün yerini sizin emaillərinizə göndərməyi düşünmüşdük. Ancaq sonradan toplaşacağımız yeri bizim təkliflərimiz əsasında sizin seçməniz daha məqsədə uyğun olardı. Onu da qeyd edək ki, hansı təklifə daha çox blogçu rəy versə orda da toplaşacağıq.
Əziz blogçular Xahiş edirik aktif olun! Fikirlərinizi, təkliflərinizi bildirin Beləliklə blogçulara 2 təklifimiz var:
1) Ofisdə (Gənclik, Ayna Sultanova tərəfdə) - Rəsmi toplantı keçirək və PPP istifadə edərək, bloglarımızın qısa təqdimatını keçirək, tanışlıq, diskusiya........
2) Şəhərdə (münasib bir yerdə) – Qeyri – rəsmi görüş olsun, amma hər birimiz bloqumuzu tanıtmaq üçün bloqumuz haqqında yazılı qısa məlumat gətirib paylayaq və ümumi tanışlıq, müzakirə və s..........
Xahiş edirik fikrinizi bildirin ki, öncədən seçim edib, hazırlıq işləri görək ki, görüşümüz maraqlı keçsin.
Şərhlərinizi yazıb, iştirakınızı təsdiqləyin...
Hər şey sizin əlinizdədi...
Görüşmək ümüdü ilə...
Aytəkin Əliyeva və Admin
Açar sözlər: blogçuların görüşü image
Baxış sayı: 154

Əziz Şəbnəm xanımın istəyi ilə İsmail Yk -dan Bas gaza nin klipi sizlərin ixtiyarıa verirəm. Bizdən yerləşdrmək sizdən yükləmək.
Ardından yükləyə bilərsiniz.
Həcmi: 14.60 mb
Hörmətli Azəri Blogçular...
Əziz Blogçular Azəri Blogun 1 yaşı münasibətilə planlaşdırılan görüşlər müəyyən səbəblərə görə baş tutmadı. Azəri Blogçular arasında birlik olsa, Aznet inkişaf edər. Bu torpaq biximdi. Bu torpağın inkişafını bizlər təmin etməliyik. Gəlin siz də bizə qoşulun bizim təşkil etdiyimiz və edəcəyimiz görüşlərdə iştirak edin. Fikirlərinzi bizimlə bölüşün, fikirləriniz və fikirlərimiz müzakirə olunsun. Yeniliklərdən xəbərdar olun. Yenilikləri bizlərlə paylaşın. Və ən sonda fikirlərimiz bir olsun ki, məqsədimiz də məlum olsun.
Bizim görüşümüz ümid edirəm ki, çox yaxşı və samballı baş tutacaq. Görüşümüzün vaxtını və yerini biz təyin edəcəyik. Görüş oktyabrın 4 –ü saat 14:30-da baş tutacaq. Onu da qeyd edək ki, görüşün oktyabrin 4 – ü saat neçədə olmağını istəyirsiz? Nəyin və kimlərin olmağını istərdiz? Görüşün predmenti nə olsun? bu suallar ətrafında fikirlərinizi bildirsəniz şad olarıq. Xahiş edirik , kim ki, görüşdə iştirak etmək istəyir: http://some.azeriblog.com/2008/09/08/azeri-blog-chularin-nezerine adresinə daxil olub fikirlərinizi və gəlmək istədiyinizi şərhlər bölməsində yaza bilərsiniz. Əziz blogçular gəlmək istəyinizi bildirin ki, görüşü daha yüksək səviyyədə hazırlayaq. Ümidvarıq ki, blogçular görüşə böyük maraq göstərəcək və iştirak edəcək.
Qeyd: Əziz blogçular əgər görüşə gəlsəz biz sizə əlavə imkanlar da yaradacayıq!P.S Xahiş edirik bu məlumatı blogunuzda yerləşdirərdiniz ki, digər blogçuların da məlumatı olsun Görüşə gələcək bütün blogçulara dərin minnətdarlığımızı bildiririk!
Açar sözlər: azəri-blog görüş blogger
Baxış sayı: 238

Janr : Komediya
Rejissor : Jason Friedberg
Senariya : Jason Friedberg , Aaron Seltzer
Operator : Shawn Maurer
Musiqi : Christopher Lennertz
İstehsal : 2008, ABD
Rollarda :
Matt Lanter (Will) , Vanessa Minnillo (Amy) , G. Thang (Calvin) , Crista Flanagan (Juney)
Bir qrup gənc bir gecə anidən bir çox təbii fəlakətin içinə düşürlər. James Bond, Hancock, Iron man, Indiana Jones, Hannah, Juno, Hellboy, Hulk, Zohan kinolarındakı absurd səhnələrin parodiyasıdi.
Eyni zamanda Scary Movie kinosunu çəkən Jason Friedberg ve Aaron Seltzerin son filmidi. Çox gülməli və maraqlı bir kinodu mutləq baxın
Açar sözlər: disaster-movie cinema film komedi indiana-jones
Baxış sayı: 456
Bu mübarək Ramazan ayında bütün arzularınız yerinə yetsin!
Beşiktaş ilk maçını antalyasporla








Açar sözlər: linkin-park image rock-qrup
Baxış sayı: 324

Bakının Xətai rayonu ərazisində partlayış baş verib. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, Məzahir Rüstəmov küçəsində yerləşən 138 saylı məktəbin və uşaq bağçasının yaxınlığında transformator partlayıb.
P.S. Sizcə bu iki partlayış arasında hər hansı əlaqə varmı?
Saat 12.55 radələrində baş verən partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb. Dünyasını dəyişən şəxslər transformatorda təmir işləri aparan “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Kamal Bayramov və Elmar İsmayılovdur. Xəsarət alanlar isə Bakı şəhər sakini, 57 yaşlı Cəsur Məmmədov və Pərviz Seyidovdur. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə baş prokurorun I müavini Rüstəm Usubov gedib. Hazırda Fövqəladə Hallar Nazirliyinin, Baş Prokurorluğun və Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Partlayışın səbəbləri məlum deyil. Jurnalistlər hadisə yerinə buraxılmayıblar. Hələlik mətbuata heç bir açıqlama verilməyib.
Qeyd edək ki, 6 gün bundan qabaq müsəlmanların toplaşdığı Əbu Bəkr məscidində də partlayış baş vermişdi.
Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim: İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.Bir gün meymun öz balasıyla oturub söhbət edir. Bala meymun anasından soruşur ana biz niyə bu gündəyik? Anası balasına deyir bala biz hələm yaxşıyıq gör bu mesajı oxuyan nə gündədi.
Eşq axmaqların üzdüyü bir hovuzdur, amma məni itələdilər.