Hörmətli Azəri Blog -çular 4 Oktyabr, 2008-ci il Aytəkin xanımın blogunun və AzəriBlog -un gec olsa da 1 yaşı olması münasibətilə birgə toplaşacağımız yeri əvvəlki yazımızda qeyd etdiyimiz kimi bizim seçdiyimiz sabit məkanda olmayacaq. Biz görüşün yerini sizin emaillərinizə göndərməyi düşünmüşdük. Ancaq sonradan toplaşacağımız yeri bizim təkliflərimiz əsasında sizin seçməniz daha məqsədə uyğun olardı. Onu da qeyd edək ki, hansı təklifə daha çox blogçu rəy versə orda da toplaşacağıq.
Əziz blogçular Xahiş edirik aktif olun! Fikirlərinizi, təkliflərinizi bildirin Beləliklə blogçulara 2 təklifimiz var:
1) Ofisdə (Gənclik, Ayna Sultanova tərəfdə) - Rəsmi toplantı keçirək və PPP istifadə edərək, bloglarımızın qısa təqdimatını keçirək, tanışlıq, diskusiya........
2) Şəhərdə (münasib bir yerdə) – Qeyri – rəsmi görüş olsun, amma hər birimiz bloqumuzu tanıtmaq üçün bloqumuz haqqında yazılı qısa məlumat gətirib paylayaq və ümumi tanışlıq, müzakirə və s..........
Xahiş edirik fikrinizi bildirin ki, öncədən seçim edib, hazırlıq işləri görək ki, görüşümüz maraqlı keçsin.
Şərhlərinizi yazıb, iştirakınızı təsdiqləyin...
Hər şey sizin əlinizdədi...
Görüşmək ümüdü ilə...
Aytəkin Əliyeva və Admin





Salam. Men bu goruse memuniyyetle gelmek isteyirem. Xahis edirik ki. ona gore de, menimle bu nomre ile elaqe saxlayin.
(050) 235-99-64
Oktyabr 1, 2008 11:48