AdminAprel 27, 2008 17:12
Çingiz Akif oğlu Abdullayev.Detektiv janrında məşhur əsərlər yazmış yazıçı.7 Aprel 1959 -cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında Prokuror, Bakı Şəhərində Prokuror müavini. Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır.
Azərbaycan Yazıçılar Birliyinin katibidir. Hüquq elmləri doktorudur. Dünya şöhrətli yazıçının əsərləri on dörd dildə tərcümə edilmiş və MDB ölkələrində, eləcədə Amerika Birləşmiş Ştatları, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsraildə ümumi tirajı 16 milyon olan nüsxə ilə nəşr edilmişdir. Amerikanın "The Christian Science Monitor" jurnalı onu müasir dövrün siyasi detektiv janrında yazan ən yaxşı müəlliflərindən adlandırmışdır.
AdminNoyabr 14, 2007 23:05

Azərbaycan dramaturgiyasının inkişafında onun ideya – estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu olan görkəmli şəxsiyyətlərdən biri Nəcəf bəy Vəzirovdur.Bütün içtimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən bu sənətkar ədəbiyyatımızda faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal – patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmişdir. Nəcəf bəy Vəzirov 1854 – cü il aprel ayının ikisində Azərbaycanın səfalı guşələrindən biri olan Şuşa şəhərində anadan olmuşdur.
Davamı...
AdminOktyabr 19, 2007 18:20
Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının klassik sənətkarlarından biridir .Qələmini həm şerdə həm də nəsrdə sınayan sənətkarın yaradıcılığının zirvəsi dram əsərləri sayılır. Milli dramaturgiyanın inkişafında onun böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlı 1899 – cu ildə Bakının Xızı kəndində anadan olmuşdur.
Davamı...
AdminAvqust 11, 2007 9:12
XIX əsrdə Fizuli ənənələrini davam etdirən görkəmli şairlərdən biri də Xurşudbanu Natəvandır ...
Davamı...