Əhmədiyyə Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəkinin Oxud kəndində anadan olmuşdur. 1942-ci ilin mayında Donbas uğrundakı döyüşlərdə yaralanaraq almanlara əsir düşmüş, Daxao və Elzas- Lotaringiya ölüm düşərgələrinə göndərilmişdir. 1942-ci ilin noyabrında əsir düşərgəsindən qaçaraq fransız partizanlarına qoşulmuş, "Armed Mişel", "Ryus Armed", "Xarqo" gizli adları ilə Fransa Müqavimət Hərəkatında iştirak etmiş, Şarl de Qolla çiyin- çiyinə alman faşistlərinə qarşı vuruşmuşdur. Fransanın Milli qəhrəmanı adına layiq görülmüş və Fransanın Fəxri Legion ordeni ilə təltif olunmuşdur. Təsadüfü deyil ki, Şarl de Qoll Fransa hökümətinin başçısı kimi Moskavaya gələndə Əhmədiyyə Cəbrayılovla görüşmüşdür.
Davamı...
Azərbaycan Silahlı Qüvvələrinin 1 günlük Əsgəri ! Bizim Can ciyər Qardaşımız Bugün Səhər Səhər Əsgərə Getməliydi.. Amma En Son dəqiqələrində Azərbaycan İnternet Aləmində Öz izini Qoyub Getdi!! Davamına Baxın Və İbrət Götürün!
Davamı...
AdminYanvar 19, 2008 15:18
20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, qəhrəmanlıq günü kimi daxil oldu. 1990 -cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin razılığı və M.Qorbaçovun fərmanı ilə Bakıya qoşun yeridildi. Rəsmi rəqəmə görə 35 min nəfərdən ibarət həmin ordu hissələrinin tərkibinə SSRİ Daxili İşlər Nazirliyiyinin böyük kontingenti, SSRİ DTK-nın “Alfa” qrupu, həmçinin Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdilər.
Davamı...