Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! İyul 23, 2008 21:35 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(1)      Oxunub:12
Təəssüf, amma Azərbaycanda mətbuat günü əsl jurnalistlər, medianın külüng çalanları üçün acı ironiya doğuran bir gündür. Özüm redaktor olduğum illərdə həmişə hiss eləmişəm ki, əgər bu gün bayramdırsa belə, bizə - jurnalistikanın həqiqi mənada zəhmətini çəkənlərə həmin bayramın heç bir dəxli yoxdur. Martın 8-nin evdar qadınlara dəxli olmadığı kimi. Biz səhərdən ta axşamacan monitorların qarşısında oturub yazıları düzəltmyə, mövzular fikirləşməyə, yazmağa məhkumuq; bir saatlığa olsa belə, yerimizə tərk etməyə imkanımız və haqqımız yoxdur;  amma bu zaman kimlərsə mətbuatın adından danışır, badə qaldırır, əylənir… Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyul 22, 2008 20:30 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(1)      Oxunub:21

Sovet illərində Azərbaycanda guya yüksək səviyyəli kino sənətinin olduğu haqda yəqin, siz də dəfələrlə eşitmisiniz. Düzdür, bugünlə tutuşduranda, o zamanlar nəsə gözə dəyir, amma geniş mənada kino sənətinin prizmaslndan yanaşanda heç o vaxtkı kinomuzun da bəzi şəxsləri və əsərləri çıxmaqla, bir qəpik belə qiyməti yoxdur. Konkret bu yazını yazmağa məni sövq etdirən telekanalların birində gördüyüm “Babək” filmi oldu. Bu filmi əvvəllər uşaq gözüylə seyr etmişdim, amma indi – kinodan başı çıxan insan kimi baxanda sadəcə, dəhşətə gəldim.

Tam ciddi deyirəm: bu, film yox, videomaklaturadır. İstər ideoloji, istər ssenari, istər aktyor oyunu, istərsə də rejissura baxımından. Ən biabırçı vəziyyətdə olan isə, Eldar müəllim inciməsin, məhz rejissuradır. 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyul 12, 2008 20:06 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(6)      Oxunub:84
Internetin Azərbaycan sektorunda (AzNet) son zamanlar inkişafa ardıcıl cəhdlər olsa da, real nəticədən danışmaq təəssüf, hələ ki, mümkün deyil. Bunun ilk səbəblərindən biri ölkədə internetdən istifadə qiymətlərinin dünyada ən baha tariflərdən biri olmasıdır. Məsələn, Azərbaycanda 128 Kb/s sürətli ADSL texnologiyalı internetdən 1 aylıq məhdudsuz istifadənin qiyməti təxminən 100 dollar həndəvərində olduğu halda, Rusiyada 5-10, Türkiyədə 15-25, it ölən dərədə - Qırğızıstanda isə 50 dollardır. Bu qiymətlər internetə fərdi çıxışı sadə əhalinin əksər hissəsinin özünə rəva görə bilməyəcəyi dəbdəbəyə çevirir, nəticədə ölkədə internet audituroyası genişlənə bilmir.
Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyul 4, 2008 17:35 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:36

Rusiya mətbuatı prezident Dimitri Medvedyevin səfərini ancaq bir  prizmadan görür və şərh edir: qaz, qaz, yenə də qaz! Ölkənin üç aparıcı qəzeti – “Kommersant”, “İzvestiya” və “Nezavisimaya qazeta”dakı yazıları oxuyanda belə təssürat yaranır ki, sanki Medvedyevin səfərinin yeganə məqsədi Qərblə qaz mübarizəsinin daha bir raundunda qalib gəlmək idi (Əlbəttə, bu, həqiqətdən heç də uzaq deyil). Və bir də belə təəssürat yaranır ki, Rusiya tərəfi buna nail olub.  

Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 29, 2008 19:31 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(3)      Oxunub:64
Bu dəfəki Avropa Futbol Çempionatı hər baxımdan xeyli fərqli və eyhamlı oldu. Futbolun sadəcə futbol olmadığı, istər ayrı-ayrı dövlətlərin daxilində, istərsə də dünyada gedən proseslərin yaşıl meydanda əksini tapdığı bu dəfə daha aşkar göründü. Xüsusilə də Rusiya və Türkiyənin simasında. Son illərdə davamlı iqtisadi artıma nail olan və Avropaya inteqrasiya iddialarını ciddiləşdirən Türkiyənin milli komandası meydanda etdikləri sanki bu iqtisadi-siyasi proseslərin təzahürünü idi. Türklər inadkarlıq və əzm hesabına Avropanı bütün Çempionat boyu göstərdikləri möcüzələrlə heyrətləndirdilər və yarışı da açıq alınla tərk etdilər. Və bütün səylərə, zəhmətə və həm də metafizik görünən möcüzələrə baxmayaraq, sonda arzulanan məqsədə çatılmamasında sanki bir rəmzilik var idi... Türkiyənin Avropa ilə ilişkilərinə işarə edən bir rəmzilk.Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 23, 2008 18:29 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(6)      Oxunub:98

Amerika Birləşmiş Ştatları İraqa hücum edəndə istər dünyada,  istərsə də  Azərbaycanda demək olar ki, hamı bunu birmənalı olaraq, neft faktoru ilə əlaqələndirirdi. Ancaq İraq savaşından artıq 5 ildən bir qədər artıq vaxt keçir və bu günün reallığından baxanda, həmin səbəblərin əslində nələr olduğunu daha yaxşı sezmək mümkündür. Doğrudanmı, dava neft davasıdır? Zənnimizcə, yox. Bu gün düşünməyə tam əsas var ki, əslində ABŞ-ın İraqa girməsi tamam başqa geostrateji məqsədlərə hesablanmışdı. Neft burada heç onunci dərəcəli məsələ də deyildi.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 17, 2008 18:13 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(5)      Oxunub:129

Son günlər İranın ətrafında yaşananlar göstərir ki, savaş mövzusu yenidən gündəmə qayıdır. Özü də Amerika həm diplomatik və siyasi, həm hərbi, həm də məxfi sferalarda ciddi hazırlıq görməkdədir. Bunun ilk açıq əlamətlərindən biri İsrailin baş baziri Ehud Olmertin ABŞ-a səfəri zamanı özün göstərdi. Onunla görüşəndən sonra Corc Buş  bəyan etdi ki, artıq İran probleminin həlli yolunu tapıblar, amma hələ ki, məxfi saxlayacaqlar. Bəs nədir bu yol?

Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 13, 2008 14:18 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(6)      Oxunub:152
Heyif, biz yenə də cəmiyyət olaraq kəsildik, testdən keçə bilmədik;  balalarımız Mərkəzləşdirilmiş Dövlət İmtahanını verə bilmədilər, özümüzsə Cəmiyyət imtahanını. Heç kim inciməsin, amma mən Mərkəzləşdirilmiş İmtahandan kəsilən şagirdlərin böyüklərinin...  offf, bu söz heç yerinə düşmür!.. başbilənlərinin... daha doğrusu, başbilməyənlərinin davranışını bu cür qiymətləndirirəm. Düşünürəm ki, normal cəmiyyətdə normal şagird də başqa cür olmalı idi, normal valideyn də, normal təhsil də!  Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 9, 2008 14:55 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(2)      Oxunub:97

Deyirlər ki, Amerika xalqının qanunpərəst olmasının kökləri həm də onun avtomobilə olan münasibətində gizlənib. Yəni, amerikalıların əksəriyyəti çox erkən yaşlarından maşın sürməyə başlayır (orada qanun 16 yaşından sükan arxasına keçməyə izn verir) və yol hərəkəti qaydalarını öyrənirlər. Və beyinlərinə yerləşir ki, yol hərəkəti qanunları – ilk növbədə sənin özünün təhlükəsizliyin deməkdir, onu pozmaq olmaz! Trafik qaydaları isə, bəlli olduğu kimi, binar məntiq üzərində qurulub: ya olar- ya olmaz, ya yol sənindir – ya onun; və kimsə buna əməl etməyəcəksə, ziyanını özü başda olmaqla, hamı görəcək.

Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 4, 2008 17:20 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(15)      Oxunub:196

Biz, ümumiyyətlə, çox şeyin haqqında yanlış təsəvvürdəyik və bunlardan biri   sadə camaatın bütün problemlərdə hakimiyyəti günahkar görməsidir. Sanki hakimiyyət – nəsə efemer, əlahiddə bir anlayışdır, sanki hakimiyyətdəkilər bizim aramızdan çıxmayıblar, Marsdan, ya Bauntidən (eyniadlı adanı nəzərdə tuturam) gəliblər, sanki, bugünkü məmur dünən bizlərdən biri olmayıb... Tutalım, rüşvətxor bir məmurla rastlaşanda hamı başlayır hakimiyyətdən gileylənməyə; halbuki, həmin mürtədin bu cür nadürüst olmasında əsas günah payı hansısa virtual “hakimiyyət”in yox, çıxdığı ailənin, oxuduğu məktəbin, böyüdüyü məhəllənin, evləndiyi qadının, dostunun, tanışının, qonşusunun üstünə düşür.  

Davamı...

  Yazılar cəmi: 158    Sonrakı səhifə »