Əhmədiyyə Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəkinin Oxud kəndində anadan olmuşdur. 1942-ci ilin mayında Donbas uğrundakı döyüşlərdə yaralanaraq almanlara əsir düşmüş, Daxao və Elzas- Lotaringiya ölüm düşərgələrinə göndərilmişdir. 1942-ci ilin noyabrında əsir düşərgəsindən qaçaraq fransız partizanlarına qoşulmuş, "Armed Mişel", "Ryus Armed", "Xarqo" gizli adları ilə Fransa Müqavimət Hərəkatında iştirak etmiş, Şarl de Qolla çiyin- çiyinə alman faşistlərinə qarşı vuruşmuşdur. Fransanın Milli qəhrəmanı adına layiq görülmüş və Fransanın Fəxri Legion ordeni ilə təltif olunmuşdur. Təsadüfü deyil ki, Şarl de Qoll Fransa hökümətinin başçısı kimi Moskavaya gələndə Əhmədiyyə Cəbrayılovla görüşmüşdür.
Əhmədiyyə Cəbrayılov
Açar sözlər: image əhmədiyyə-cəbrayılov milli qəhrəman
Baxış sayı: 129


